Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı - VİDEO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Məhəmməd Füzuli 530” adlı videoçarx hazırlandı. Videoçarx Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Füzuli haqqında söylədiyi sitatlarla başlayır. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamıverilir.

Videoçarxda Azərbaycan şairi, mütəfəkkir, filosof, Azərbaycan ədəbiyyatında divan janrının ən məhşur simasi Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında məlumat verilir. Dahi mütəffəkirin əsərlərinin siyahısı, onun xatirəsinin əbədiləşdirməsi haqqında məlumatlar izləyicilərə təqdim olunur. Qeyd olunur ki, Füzulinin bir çox qəzəllərinə müsiqilər, romanslar bəstələnmiş, dahi bəstəkar Ü.Hacıbəylinin Füzuliyə olan sonsuz məhəbbəti sayəsində böyük şairin “Leyli və Məcnun” poeması əsasında ilk Azərbaycan operasını yazmışdır.

Videoçarxda qeyd olunur ki, ölkəmizdə şairin irsinə böyük diqqət və qayğı göstərilir.

Füzulinin 500 illik yubileyinin YUNESKO-da qeyd olunduğuda vurğulanır.

İnformasiya-resurs şöbəsinin operatoru Günay Qululunun hazırladığı videoçarx xalq artisti Şövkət Ələkbərovanın ifasında bəstəkar Cahangir Cahangirovun “Füzuli kantatası” ilə müşaiyət olunur.

Videoçarx aşağıdakı keçiddə verilib:

Bütün xəbərlər Facebook səhifəmizdə