İlyas Əfəndiyevin dramaturgiyasında əvəzolunmaz iki meyar...

Görkəmli dramaturq İlyas Əfəndiyevin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə sıx əlaqələri olub. O bu teatrın repertuarına yeni nəfəs gətirib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə deyib.

Yazıçının insan obrazlarında psixoloji-lirik üslub yaratmasının fərqli xüsusiyyətlərdən biri sayıldığını vurğulayan quruluşçu rejissor qeyd edib: “İlyas Əfəndiyevin dramaturgiyasında mənim üçün əvəzolunmaz iki əsas meyar var. Bunlardan birincisi, insan talelərinin ən böyük işıqçısı olmasıdır. Digəri isə, onun hər zaman etnik kimlik baxımından Qarabağın əhalisinin məhz türk kökənli olmasının vacibliyini vurğulamasıdır. Bu, bizim azad məmləkətimizin dünəni idi. Həmçinin bu günə ötürülən mesajlar olub”.

Bütün xəbərlər Facebook səhifəmizdə