Atatürk Mədəniyyət Mərkəzində (AKM) 52-ci İstanbul Musiqi Festivalının açılış mərasimi keçirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, estivalda əməyi olan qurum və təşkilatlara təşəkkür plaketləri təqdim olunub.

Musiqili tədbirin builki fəxri mükafatı 40 ildir klassik musiqi dünyasında mühüm rol oynayan dirijor Cem Mənsura, ''2023 Aydın Gün Teşvik'' mükafatı isə 23 yaşlı skripkaçı İlgın Topa təqdim edilib.

Mərasimdən sonra Cem Mansurun dirijorluğu ilə İstanbul Dövlət Simfonik Orkestri (İDSO) 15 yaşlı pianoçu İlyun Bürkevlə konsert verib.

Simfonik orkestr, kamera orkestri, caz və ənənəvi musiqi kimi müxtəlif janrlarda konsertlər veriləcəyi festival iyunun 12-17 atrxilərində İstanbulun fərqli məkanlarında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə