Azərbaycan ilə Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub - FOTOLAR

Mayın 23-də Moskva şəhərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov arasında görüş keçirilib. Agentlikdən SİA-ya bildirilib ki, görüşdə iki ölkə arasında turizm əlaqələrinin davamlı inkişaf etməkdə olduğu vurğulanıb, Azərbaycanın Moskvada turizm nümayəndələyinin açılması, qarşılıqlı turist axını, “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi”nin icrası üzrə həyata keçiriləcək işlər haqqında fikir mübadiləsi aparılıb.

Həmçinin “Şahdağ” Turizm Mərkəzinin timsalında Azərbaycandakı qış və dağ-xizək mərkəzləri ilə Rusiyanın aidiyyəti turizm müəssisələrinin əməkdaşlığı, turizm təhsili üzrə təcrübə mübadiləsi, ikili diplom proqramlarının yaradılması kimi məsələlər müzakirə edilib.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə