Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub - FOTO

Milli Kitabxanada “Ədəbiyyatşünas alim Salman Mümtaz” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub. Kitabxanadan SİA-ya bildirilib ki, sərgi Salman Mümtazın anadan olmasının 140-cı ildönümü münasibətilə təşkil edilib.

Virtual sərgidə Salman Mümtazın nəşr etdirdiyi əsərləri, fotoları, onun yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunur. Ənənəvi sərgidə ədəbiyyatşünas alimin əsərləri, onun həyatı və ədəbi fəaliyyətindən bəhs edən kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə