Xalq artisti İlham Namiq Kamalla görüş keçirilib

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mədəniyyətimizin qonağı” layihəsi çərçivəsində Lənkəran şəhər Qəni Vəliyev adına Mədəniyyət Mərkəzində Xalq artisti, aktyor, professor İlham Namiq Kamalla görüş keçirilib. Görüşdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, digər rəsmilər və idarənin əhatə etdiyi rayonlarda — Masallı, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işçiləri iştirak ediblər.

Əvvəlcə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının müavini Ülviyyə Əliyeva qonağı salamlayıb, sonra Xalq artistinə xatirə hədiyyəsi təqdim edilib.

Aparıcı İlham Namiq Kamalın həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra, rol aldığı filmlərdən videoçarxlar təqdim olunub.

Sənətkar çıxışında həyatının yaddaqalan məqamları, aktyorluq sənətinə gəlişi və oynadığı rollardan bəhs edib.
Sonda tamaşaçılarla səmimi ünsiyyət yaradan Xalq artisti iştirakçıları maraqlandıran sualları cavablandırıb.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə