Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq qabaqcıl tədbirə çevrilib - Jan Kristof Bas

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq qabaqcıl tədbirə çevrilib. Bütün bunları görmək heyrətamizdir. Bu inkişaf məni müsbət mənada təsirləndirir. SİA xəbər verir ki, bu sözləri Sülh Naminə Əlaqələndiricilər və Qlobal Kompasın təsisçisi, Brazzavildə baş məsləhətçi Jan Kristof Bas “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən plenar sessiyada deyib.

Dünyanın hazırda labirintə bənzədiyini söyləyən Jan Kristof Bas buradan çıxış yolunun axtarılmasının vacibliyini vurğulayaraq bildirib: “Məqsədimiz özümüzü yenidən kəşf etmək, birgəyaşayışın yollarını tapmaqdır. Hazırda dünyanın parçalanmasının şahidiyik. Bu parçalanma həm qlobal səviyyədə, həm də cəmiyyətlər arasında baş verir. Biz bütün bunları daim diqqət mərkəzində saxlamalıyıq. Bu böhran beynəlxalq səviyyəli olmaqla bərabər, cəmiyyətlərimizə də təsir edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə