“Gəncə Meksikanı kəşf edir!” adlı sərgi açılıb

Gəncədə Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Gəncə Meksikanı kəşf edir!” adlı foto və rəsm sərgisi açılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, sərgidə meksikalı illüstrator Teresa Castello Yturbidenin “Milli geyim” kolleksiyası, azərbaycanlı fotoqraf Aydın Sadıqovun Meksika Birləşmiş Ştatlarında lentə aldığı, Meksikanın tarixini və mədəniyyətini özündə əks etdirən fotoşəkilləri, həmçinin digər rəssam və fotoqrafların əl işləri nümayiş olunub.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində keçirilən sərgidə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Meksikanın səfiri xanım Mariya Viktoriya Romero Kabalyero, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Meksika səfriliyinin nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə