“Azərbaycan xalqı hər zaman özünün mədəni-tarixi irsinə sahib çıxıb” - NAZİR MÜAVİNİ

“Ümummilli Lider Heydər Əliyev xalqımızın tarixinin öyrənilməsinə hər zaman diqqət ayırıb, tarixi-mədəni irsimizin öyrənilməsi üçün mühüm işlər görüb”. SİA xəbər verir ki, bu sözləri Mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib.

Nazir müavini bildirib ki, ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın tarixi irsimizin öyrənilməsi və qorunmasında böyük əməyi və rolu var: “30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-mədəni abidələrimizə qarşı vandal münasibətə diqqət çəkib”.

Səadət Yusifova Ramana qalasının tarixi əhəmiyyətini qeyd edərək bildirib ki, Azərbaycan xalqı hər zaman özünün mədəni-tarixi irsinə sahib çıxıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə