Babam həyatda olanda, çox şeyim var kimiydim. Dünyanın ən xoşbəxt qızı sayırdım özümü, düşünürdüm ki, babam hər zaman var olacaq. Heç vaxt tərk edib getməyəcək məni, həmişə saçlarıma sığal çəkəcək. Məsafələr ayırsa da bizi tez tez gedib gəlirdik bir birimizə. Biz onu görməyə rayona gedərdik, o da bizi görməyə rayondan Bakıya gələrdi. Hər gələndə ürəyim nə istəsə alıb gətirərdi, bir sözümü iki etməzdi. Amma uzun zaman ağır xəstəlikdən çox əziyyət çəkdi, hətda ən çox sevdiyi məni belə bir gün tanımadı. Adımı belə xatırlamadı, o zamana kimi hərşey yaxşı idi.

Elə o anlar babamı itirdim, heç gözləmədiyim bir an da babam məni tərk etdi. Birlikdə çox xatirələrimiz vardı, balaca stəkanı vardı babamın. Çox balaca idi, amma çayı hər zaman onda içərdi. Mən də onun üzünü güldürmək üçün onun stəkanına çay süzüb içərdim, o zaman qəhqəhə çəkib gülərdi. O güləndə mən də sevinirdim. Çünki babamın gülüşü mənim üçün çox əziz idi, nə bilərdim ki,onu belə tez itirəcəm. Nənəm məni danlayanda babam qoymazdı, deyərdi balamla işin olmasın. Babam mənim üçün hərşey edirdi, indi də sağ olsaydı çox şey edərdi fikrimcə. Ağər xəstəliklə mübarizə aparıram indi, babam yaşasaydı qoymazdı bu halda qalım. Daşı daş üstə qoymayıb məni çəkib çıxarardı bu vəziyyətdən. Çünki o ən çox məni sevərdi, bu halıma da dayana bilməzdi. O qədər məyusam ki, 6 ildir məzarına belə öz ayaqlarım üzərində durub gedə bilmirəm. Çünki nəfəs xəstəsiyəm, onun yoxluğu məni çox üzür. Gedə bilməməyim isə məni utandırır. Kaş gedə bilsəm məzarına, kaş içimi tökə bilsəm babama. Kaş deyə bilsəm ki, çox darıxmışam sənin üçün, sənsiz mənə çox çətindir, sən yoxsan deyə pərişanam baba. Bütün bunları qələmə almaq belə mənim üçün çox ağırdır, gedənlər bir daha geri gəlmir bunu öyrəndim. Çalışın həyatda ikən doğmalarınızın dəyərini bilin, onları itirdikdən sonra mənim kimi kaş ki deməyin. Qurumuş gülə yağan yağışın faydası olmadığı kimi, itirdikdən sonra da kaş ki deməyin faydası yoxdur.

"BABAM ÖLƏNDƏN SONRA"

Babam həyatda olanda, çox şeyim var kimiydim. Dünyanın ən xoşbəxt qızı sayırdım özümü, düşünürdüm ki, babam hər zaman var olacaq. Heç vaxt tərk edib getməyəcək məni, həmişə saçlarıma sığal çəkəcək. Məsafələr ayırsa da bizi tez tez gedib gəlirdik bir birimizə. Biz onu görməyə rayona gedərdik, o da bizi görməyə rayondan Bakıya gələrdi. Hər gələndə ürəyim nə istəsə alıb gətirərdi, bir sözümü iki etməzdi. Amma uzun zaman ağır xəstəlikdən çox əziyyət çəkdi, hətda ən çox sevdiyi məni belə bir gün tanımadı. Adımı belə xatırlamadı, o zamana kimi hərşey yaxşı idi. Elə o anlar babamı itirdim, heç gözləmədiyim bir an da babam məni tərk etdi. Birlikdə çox xatirələrimiz vardı, balaca stəkanı vardı babamın. Çox balaca idi, amma çayı hər zaman onda içərdi. Mən də onun üzünü güldürmək üçün onun stəkanına çay süzüb içərdim, o zaman qəhqəhə çəkib gülərdi. O güləndə mən də sevinirdim. Çünki babamın gülüşü mənim üçün çox əziz idi, nə bilərdim ki,onu belə tez itirəcəm. Nənəm məni danlayanda babam qoymazdı, deyərdi balamla işin olmasın. Babam mənim üçün hərşey edirdi, indi də sağ olsaydı çox şey edərdi fikrimcə. Ağər xəstəliklə mübarizə aparıram indi, babam yaşasaydı qoymazdı bu halda qalım. Daşı daş üstə qoymayıb məni çəkib çıxarardı bu vəziyyətdən. Çünki o ən çox məni sevərdi, bu halıma da dayana bilməzdi. O qədər məyusam ki, 6 ildir məzarına belə öz ayaqlarım üzərində durub gedə bilmirəm. Çünki nəfəs xəstəsiyəm, onun yoxluğu məni çox üzür. Gedə bilməməyim isə məni utandırır. Kaş gedə bilsəm məzarına, kaş içimi tökə bilsəm babama. Kaş deyə bilsəm ki, çox darıxmışam sənin üçün, sənsiz mənə çox çətindir, sən yoxsan deyə pərişanam baba. Bütün bunları qələmə almaq belə mənim üçün çox ağırdır, gedənlər bir daha geri gəlmir bunu öyrəndim. Çalışın həyatda ikən doğmalarınızın dəyərini bilin, onları itirdikdən sonra mənim kimi kaş ki deməyin. Qurumuş gülə yağan yağışın faydası olmadığı kimi, itirdikdən sonra da kaş ki deməyin faydası yoxdur.

Daha pərdələrə əllər silinmir,

Süfrəsi cırılmır masanın daha...

Daha bu otağı qərib sayıram,

Bilmirəm bir başqa nə sanım daha...

Dinar Bədrəddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə