“Naxçıvan hər zaman azərbaycanlıların qəlbində xüsusi bir yerə sahib olub” - Fuad Nəcəfli

“Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı üçüncü tədbir keçirilir. Çox sevindirici haldır ki, tədbirə maraq olduqca böyükdür”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

O bildirib ki, Naxçıvan hər zaman azərbaycanlıların qəlbində xüsusi bir yerə sahib olub: “Çünki illərdir ana torpaqdan ayrı öz varlığını davam etdirir. Bu gün eyni zamanda 15 aprel Azərbaycanın dahi şəxsiyyətlərindən Zərifə xanım Əliyevanın anım gündür. Onun xatirəsini ehtiramla və hörmətlə yad edirəm. Həmçinin Naxçıvan dedikdə Ulu Öndərdən danışmamaq mümkün deyil. Naxçıvanın inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük rolu və əməyi olmuşdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə