Çeçenistanın Mədəniyyət Nazirliyi respublikada ifa edilməsinə və ya açıq şəkildə səsləndirilməsinə icazə verilən musiqilərə məhdudiyyətlər qoyub. Bütün musiqi, vokal və xoreoqrafik əsərlər dəqiqədə 80 ilə 116 vuruş arasında tempolu olmalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, idarədən bildirilib ki, belə bir ritm çeçen mentalitetinə uyğundur.
...Çeçenistanın mədəniyyət naziri Musa Dadayev Qroznıda geniş tərkibdə keçirilən iclasda bildirib ki, respublikada ifa olunan musiqi “çeçen xalqının mədəni irsini xalqa və uşaqlarımızın gələcəyinə çatdırmalıdır.
Dadayev açıqlama verib ki, qərar Çeçenistan rəhbəri Ramzan Kadırovla razılaşdırılıb.
Mədəniyyət Nazirliyi Çeçenistanda ifası üçün nəzərdə tutulan musiqi əsərlərinin iyunun 1-dək təsdiq edilmiş tempdə yenidən yazılmasını əmr edib. Əks halda onların ictimai çıxışına icazə verilməyəcək.
...O da xatırladılır ki, 2019-cu ilin iyulunda Çeçenistanın Mədəniyyət Nazirliyi öz yazılarını internetdə dərc edən yerli həvəskar ifaçıları tənqid edib. Bildirilib ki, yalnız komissiyanın təsdiq etdiyi ifaçılar konsert verə və mahnılarını dərc edə bilərlər.
...Həvəskar mahnıların “çeçen mentalitetinə uyğunluğunun yoxlanılması” tövsiyə edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB