“Biz artıq əlaqələrin 31-ci ilini qeyd edirik” - Sevil Kərimova

“Azərbaycan ilə Belarus respublikası arasında hər zaman dərin mədəni əlaqələr olub. Hazırda da ölkəmizdə Belarus mədəni tədbirləri 4 gün davam edəcək. Bu da əlaqələrin yüksək səviyyədə inkişafından xəbər verir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova deyib.

O bildirib ki, Azərbaycanla Belarus Respublikasının müstəqillik illərindəki əlaqələri 1990-cı illərdən başlayır: “Bu gün biz artıq əlaqələrin 31-ci ilini qeyd edirik. Dörd gün davam edəcək mədəniyyət tədbirləri çərçivəsində Belarus respublikasının musiqisi, rəqsləri, təsviri sənət nümunələri nümayiş olunacaq. Sabah isə Milli Kitabxanada iki ölkənin incəsənət xadimləri arasında görüş olacaq və memorandum bağlanacaq. Biz ümid edirik ki, bundan sonrakı dövrdə əlaqələrin inkişafına çox mühüm töhfəsi olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə