“Belarus rəssamların gözü ilə” sərgisinin açılışı mərasimi keçirilir - YENİLƏNİR-FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” sərgisinin açılışı mərasimi keçirilir. SİA xəbər verir ki, Belarus Respublikasının Mədəniyyət Nazirliyi, Belarus Respublikasının Milli İncəsənət Muzeyi, “Belarus Rəssamlar İttifaqı” İctimai Birliyi, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə 35 rəngkarlıq əsəri nümayiş etdirilir. Əsərlər Belarusun zəngin təbiətinin, şəhər və kənd mənzərələrinin xüsusi təkrarolunmaz aurasını çatdırır. Rəssamların hər biri öz əsərlərini vətənpərvərlik prizmasından şərh edirlər.

Qeyd edək ki, sərgi aprelin 3-dək davam edəcək.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə