“Muzeydə musiqi” layihəsinin növbəti konsert proqramı baş tutub - FOTOLAR

Martın 27-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsinin növbəti konsert proqramı baş tutub. SİA xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində təqdim olunan konsertdə xormeyster Azərbaycan Respublikasının Əməkdar artisti Naala Barateliyanın rəhbərliyi altında F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu, həmçinin respublika və beynəlxalq müsabiqələr laureatları - solistlər Talıb İsgəndərli (bariton), Cəlil Bəşirli (tar), Lalə Əhmədova (piano), Surə Rüfət (violin), Mehin Zalıyeva (piano), Orxan Əlizadə (tenor), Orxan Mövlan (tenor), Cəlalə İsmayılzadə (cello), Abid Çələbiyev (kamança), Əli Vəliyev (piano) Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına aid məşhur musiqi əsərlərini ifa ediblər.

Proqram F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinin çıxışı ilə davam edib. Böyük maraqla qarşılanan konsert proqramı çərçivəsində qonaqlar, həmçinin "Salam, Novruz!" sərgisi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə