Türkiyənin füsunkar gözəlliyini yaxından kəşf edin - FOTOLAR

Türkiyə hər mövsümdə ziyarətçilərə müxtəlif tətil variantları təqdim edir. Ölkənin ən qalıcı görməli yerlərindən biri, qədimdən bəri bu coğrafiyanın ayrılmaz hissəsi olan məşhur türk hamamı və spa ənənəsidir. Dünyanın ən heyrətamiz mənzərələrindən olan Pamukkaledə bu mədəniyyətdən həzz almaq unudulmaz bir təcrübədir və yalnız bu əlamətdar məkana aiddir… SİA xəbər verir ki, Türkiyənin qərbində, Denizlidən təxminən 20 kilometr məsafədə yerləşən Pamukkale, donmuş şəlalələri xatırladan möhtəşəm qar kimi ağ travertinləri və terraslı hovuzları ilə əsl təbiət möcüzəsidir. UNESCO-nun Dünya İrsi Saytının bir hissəsi olan travertinlər isti, akuamarin rəngli hovuzlarla bəzədilmiş bulud sahəsi kimi görünür.

Elə isə, bu müalicəvi mineral sulara qərq olun və Pamukkalenin füsunkar gözəlliyini yaxından kəşf edin.

Füsunkar təbiətin möcüzəsi

Çoxları üçün Pamukkale, oksigen və termal suların qarşılıqlı təsirindən yaranan gözəl, qar kimi ağ travertinləri ilə tanınır. Qeyd etmək lazımdır ki, travertinlərin əksəriyyəti zərif quruluşuna görə qorunur. Bununla belə, ziyarətçilər kiçik terras formalı hovuzları olan travertinlərin bəzi bölgələrində sərbəst gəzə bilərlər. Travertinləri qorumaq üçün qonaqlar içəri girməzdən əvvəl ayaqqabılarını və corablarını çıxarmalıdırlar. Tarix və təbiətin mükəmməl qarışığı olan Pamukkalenin müalicəvi xüsusiyyətlərə sahib mineral suları olduğuna inanılır və hər il bütün dünyadan insanlar heyranedici mənzərəyə sahib valehedici məkana axın edirlər.

Qədim müalicəvi sular

Pamukkale travertinlərinə bitişik, heyranedici Hierapolis qədim şəhəri də bu UNESCO-nun Dünya İrsi Saytının bir hissəsidir. Təxminən 2500 il əvvəl travertinlərin əzəmətindən məftun olan Perqamon kralı II Eumenes ərazinin yaxınlığında bir şəhər saldı. Perqamonun əfsanəvi qurucusu Telefosun həyatyoldaşı Hieranın adı ilə bölgə Hierapolis adlandırıldı. Ədəbiyyatda Hierapolis Müqəddəs Şəhər kimi qeyd olunur və bu inanılmaz dərəcədə yaxşı qorunan qədim şəhərin sehrli atmosferi onun adını təsdiqləyir. Saytın qədim teatrını, məbədlərini, monumental fəvvarələrini, məzarlarını, aqorasını və gimnaziyasını araşdırdıqca, iki min il əvvəl mövcud olmuş daş küçələrdə gəzərkən zamanda səyahət etmiş olacaqsınız. Onu da qeyd edək ki, Roma Dövründə cəhənnəmə giriş olduğuna inanılan Ploutonium ilə bağlı hekayələr də olduqca maraqlıdır.

Zamansız macəralar

Hierapolis, travertenlərin ətrafında möhtəşəm varlığı ilə, ərazidə tapılan cavanlaşdırdığına inanılan termal suları sayəsində uzun müddətdir müalicə və sağlamlıq üçün mərkəz hesab edilir. Tarix boyunca da Hierapolis müalicəvi termal suları ilə tanınırdı və əsrlər sonra da qədim şəhər bu suların müalicəvi və cavanlaşdırıcı xüsusiyyətlərini axtaran ziyarətçiləri cəlb etməkdə davam edir. Antik sütunlar və mərmərlə əhatə olunmuş Qədim Hovuzda üzmək də unikal bir təcrübədir. İl boyu temperaturu 36 dərəcə olan hovuz başqa bir adla, əfsanəyə görə Misir kraliçası məşhur Kleopatra bir vaxtlar hovuzun sularında çimdiyi üçün Kleopatra Hovuzu olaraq da məhşurlaşıb. Bu unikal təcrübəni yaşamaq, hovuzun canlandırıcı termal sularında əylənmək, qədim tarixi tapıntılar arasında üzmək və orijinal mühitin dadını çıxarmaq üçün Pamukkaleni mütləq ziyarət edin.

Hovuzdan muzeyə

Hierapolisdəki digər görkəmli binalar arasında Qədim Teatr və Hierapolis muzeyi də xüsusilə diqqət çəkir. Teatr Aralıq dənizi hövzəsindəki Roma Dövrü teatrları arasında mifoloji hekayələri əks etdirən fərqli relyefləri, möhtəşəm səhnə quruluşu və oturma pillələri ilə seçilir. Bu nəfəs kəsən teatrın zirvəsində oturmaq və saatlarla bütün bölgəni müşahidə etmək müstəsna təcrübədir. Bir vaxtlar məhşur termal mərkəz olan Roma Hamamı indi arxeologiya muzeyinə çevrilib. Hierapolis Muzeyində siz Laodikeia və Tripolis kimi yaxınlıqdakı xarabalıqlarda qazıntılar zamanı aşkar edilmiş heyrətamiz artefaktlar kolleksiyasını görə bilərsiniz. Bu xəzinələr travertin blok daşlarından tikilmiş təsirli tağlı Roma Hamamı strukturları arasında nümayiş etdirilir.

İndi isə, səyahətinizi planlamaqda sizə kömək edəcək bəzi məlumatları sizinlə paylaşmaq istərdik…

Pamukkaleyə səyahət etməyi planlaşdırırsınızsa, Denizli Çardak Hava Limanına İstanbul Hava Limanından gündəlik uçuşlar təxminən 1 saat 10 dəqiqə çəkir. Denziliyə endikdən sonra avtomobil icarəyə götürməklə, taksi və ya servisdən istifadə etməklə Pamukkaleyə asanlıqla bir saat ərzində çata bilərsiniz.

Pamukkale təcrübənizi unudulmaz etmək üçün yamac paraşütü və ya isti hava balonu kimi həyəcan verici bir fəaliyyət mütləq düşünün. Bu sərgüzəştlər qədim Hierapolis şəhərinin və heyrətamiz travertinlərin nəfəs kəsən perspektivini təqdim edir.

Səyahətiniz zamanı bölgədə ziyarət etmək üçün əhəmiyyətli başqa bir məkan, İncildə adı keçən Yeddi Kilsədə biri olan Laodikeia, Pamukkale və Dənizliyə cəmi 15 km məsafədədir.

Alış-veriş etmək istəsəniz, toxuculuqları ilə tanınan Pamukkale, ənənəvi üsullarla pambıqdan hazırlanmış Buldan parça ilə məşhurdur. Unikal toxuculuq texnikası və diqqətlə seçilmiş boyalar sayəsində buldan parça sağlamlıq üçün müstəsna faydaları, uzunmüddətli qalıcılığı və hipoalerjenik xüsusiyyətləri ilə tanınır.

Şəhərin ən sevimli yeməyi quzu ətindən hazırlanan və ənənəvi daş sobada ustalıqla bişirilən Denizli kababıdır. Siz həmçinin odunda bişmiş ləzzətli gözlemelerin dada bilərsiniz.

Unutmadan, Pamukkaledə vaxtınızı maksimum dərəcədə səmərəli keçirmək üçün yaxınlıqdakı termal obyektlərdə qalmağı tövsiyə edirik. Siz orada sakitləşdirici masajlar qəbul edə, termal sulardan zövq ala və hətta özünüzü canlandırıcı palçıq vannaları ilə müalicə edə bilərsiniz. Denizlinin digər məşhur, istirahət edə biləcəyiniz məkanı Karahayıt termal bulaqlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə