Bölgələrdə teatrın vəziyyəti hansı səviyyədədi? - MÜNASİBƏT BİLDİRİLDİ

“Teatr sahəsində ölkəmizdə kifayət qədər işlərin görülməsinə ehtiyac var. İlk növbədə teatrın tamaşaçısı olmalıdır. Son zamanlarda isə bu mənada teatrlarda canlanma müşahidə edilir, xüsusilə də Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Akademik Musiqili Teatrı xüsusilə diqqəti cəlb edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, müxtəlif teatrlarda canlanma var: “Bu canlanma isə məhz tamaşaçıdan asılıdır. Onlar gələcəksə, canlanma olacaq, teatr yalnız dövlətin işi deyil. Teatrı, sənəti qoruyan cəmiyyətdir.

Canlı tamaşa ilə filmin çox böyük fərqi var. Aktyorla dialoqda olmaq, sujetləri dəyişmədən izləmək ayrı bir zövqdür. Bu baxımdan da teatrın maddi-texniki bazasını gücləndirməliyik. Teatr işçilərinin maaşı da daha yüksək olmalıdır.
Bu istiqamətdə düşünməli və teatrı ölməyə qoymaq olmaz”.

Bütün xəbərlər Facebook səhifəmizdə