“Özbək mədəniyyəti, incəsənəti Azərbaycana yaxındır“ - MÜNASİBƏT BİLDİRİLDİ
“Özbəkistan mədəniyyətinin tez-tez Azərbaycanda nümayişi üçün müxtəlif sərgilər açılır. Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi də bu qəbildəndir. Bu cür sərgilərin açılmasına böyük ehtiyac var. Çünki Özbəkistan Türk dünyasının mədəni irsi zəngin olan respublikalarından biridir. Özbəklər qədim mədəniyyətə malik türk xalqlarındandırlar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.
Deputat bildirib ki, özbək mədəniyyəti, incəsənəti Azərbaycana yaxındır: “Bu səbəbdən də ölkəmizdə baş tutan sərgilər mühüm əhəmiyyət kəsb edir.
Türk dünyasında vaxtilə müəyyən siyasi anlaşmazlıqlar, parçalanmalar olub. Bunun qarşısının alınması üçün bizim istinad edə biləcəyimiz dayaq isə mədəniyyət olub. Yəni, türk xalqları arasında nə zaman münaqişə yaranarsa, bunun qarşısı mədəniyyətə, xalqın tarixi keçmişinə, ortaq mənəviyyata istinad edərək, aradan qaldırmaq mümkün olub.
Tək özbək xalqı deyil, qazaxlar, türkmənlər, qırğızlar, Türkiyə türkləri ilə aramızda olan mədəni əlaqələrin inkişafı üçün zəngin imkanlar mövcuddur.
Türk xalqlarının hər biri incəsənətin ilkin formasına xüsusi dəyər verirlər və ilkin formanın yenidən işlənilməsi xalqlarımıza estetik zövq verir. Buna görə də incəsənətin ilkin forması hesab edilən, əl ilə görülən iş hər zaman insana ruh verib, yaradıcılıq imkanlarını göstərir. Türk xalqlarında yaradıcılığın növlərinin çoxluğu və inkişafı da sevindirici haldır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB