Bakıda “Qardaşlıq dastan”ı adlı konsert keçiriləcək

Mayın 9-da Bakı Konqres Mərkəzində möhtəşəm rəqsləri, göstərdiyi əsrarəngiz şoularla Türkiyədə və dünyada tanınmış “Alagöz” rəqs ansamblının və Azərbaycanın Xalq artisti Aygün Kazımovanın təqdim etdiyi “Qardaşlıq dastan”ı adlı möhtəşəm konsert və şou-proqram keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığını nümayiş etdirəcək, “İMZA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə