Türk dünyasının elektron əlyazmalar fondu yaradılmalıdır - AMEA prezidenti

Türk dünyasının elektron əlyazmalar fondu yaradılmalıdır. Bu, ortaq tariximizi, ədəbiyyatımızı öyrənməyə və təbliğ etməyə töhfə verə bilər. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Füzulinin, Nizaminin və bir çox klassiklərimizin yubileylərinin bütün türkdilli dövlətlərdə keçirilməsi ortaq türk inteqrasiyasının genişlənməsinə töhfə verər", - deyə o vurğulayıb.

AMEA prezidenti əlavə edib ki, bu il Mahmut Kaşğarinin “Divani lüğət-it-türk” kitabı çap edilib: "Bu əsərin tərcüməsi və çapı AMEA-nın Azərbaycan ədəbiyyatına töhfəsi hesab oluna bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə