Şanlı Qələbəyə həsr edilən kitab çin dilində nəşr edilib - YENİLƏNİR - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının 7 dildə nəşri ilə gənclərin tanışlığına həsr edilən tədbir keçirilir. SİA xəbər verir ki, əsas məqsədi bu kitab vasitəsi ilə gənc nəslə tarixi həqiqətlərin dolğun və ətraflı çatdırılması və onun geniş təbliğı olan və birliyin könüllüləri, fəal gənclər, Bakıda təhsil alan çinli tələbələr, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə kitabın çin dilindəki nəşri təqdim ediləcək.

Tədbirin əvvəlində 44 günlük savaşda əldə edilən Qələbə və kitabın ərsəyə gəlməsinə həsr edilən video çarx nümayiş etdirilib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə