“Eurovision”u boykot etməyə çağırdı

“Podemos” partiyasının sədri İone Belarra “X” hesabında verdiyi açıqlamada yazıb ...

İspaniyada azlıqda olan solçu koalisiya hökumətinə verdiyi dəstəyi geri götürərək müxalifətə keçən ifrat solçu “Podemos” partiyasının sədri İone Belarra bütün demokratik ölkələri İsraili qəbul etdiyi üçün “Eurovision”u boykot etməyə çağırdı.

SİA-nın əldə etdiyi məlumata görə, Belarra “X” hesabında verdiyi açıqlamada yazıb: "Soyqırım törədən İsrail “Eurovision”a gedirsə, insan hüquqlarını müdafiə edən və demokratik olan heç bir ölkə “Eurovision”a getməməlidir. Bu, iyrənc bir ləkədir."

Qeyd edək ki, “Podemos” partiyası 2024-cü ilin yanvar ayından Qəzzaya hücumlarında soyqırım törətdiyinə görə İsrailin “Eurovision”da iştirakının qarşısını almağa çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə