“Bütün abidələrin qorunması və bərpasını təmin etmək çox çətindir“ - DEPUTAT DANIŞDI
“Azərbaycanda tarixi abidələrin qorunması baxımından müstəqillik illərində çox ciddi axtarışlar aparılmasına başlanılıb. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar, xüsusilə UNESCO ilə əməkdaşlıq çərçivəsində prinsiplər müəyyənləşdirildi. Eyni zamanda ölkənin özündə də maliyyə imkanları genişləndikcə tarixi abidələrin qorunması ilə bağlı işlər görülür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə praktik işlər də həyata keçirilir: “Bu gün Azərbaycanda tarixi abidələrin qorunması ilə bağlı heç bir problem yoxdur. Təbii ki, burada söhbət ciddi problemlərdən gedir. Lakin hələ də bir sıra regionlarımızda bəzi abidələrimiz lazımi səviyyədə bərpa edilməyib. Burada dünya təcrübəsi həqiqətən maraqlıdır. Məsələn bərpa olunan abidələrin yanında müəyyən müəssiələr açılır və məhz onların hesabına abidə yenidən bərpa edilir.
Ümumiyyətlə zənginliyindən asılı olmayaraq, bir dövlət üçün bütün abidələrin qorunması və bərpasını təmin etmək çox çətindir. Buna görə də dövlət adətən beynəlxalq miqyaslı abidələr üçün maliyyə ayırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB