Bakıdakı Rus Evində “Poliloq” danışıq klubu çərçivəsində görüş keçirilib

Bakıdakı Rus Evində “Poliloq” danışıq klubu çərçivəsində görüş keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, görüş iştirakçıları Bakı Slavyan Universitetinin müəllimi, “Poliloq” klubunun rəhbəri Cəmilə Səfərova ilə “Rus bayramları” mövzusunu müzakirə ediblər.

Bu il aprelin 9-da müxtəlif ölkələrdəki xristianlar Pasxa öncəsi İsa peyğəmbərin dirilişini qeyd ediblər. Bəzi xalqlar Pasxa həftəsi ərəfəsində bazarı “palmalı”, digərləri “söyüdlü” adlandırır. Yunanıstanda xristianlar yaşıllığı təqdis edir, İtaliyada isə zeytun budağı bağışlayırlar. Rusiyada bu bazarın əsas rəmzi söyüd budağıdır.

“Poliloq” danışıq klubu insanların rus dilində ünsiyyət praktikası əldə etdikləri platformadır. Klubun rəhbəri mövzunu elan edir və bütün ünsiyyət prosesini nəzarət altında saxlayır.

Arzu edən hər kəsin iştirak edə biləcəyi görüşlər hər ay Bakıdakı Rus Evində təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə