"Nə qədər gözəl işlər və tamaşalar yarımçıq qalıb" - QƏNİRƏ PAŞAYAEVA

"Azər Paşa müəllim ömrünün böyük bir hissəsini Azərbaycanın mədəniyyətinə və incəsənətinə həsr edib. O, yorulmadan bizim incəsənətimizin inkişafı naminə yorulmadan çalışıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva Azərbaycan Akademik Milli Dram Teatrının bədii-rəhbəri Azər Paşa Nemətovun vida mərasimində qeyd edib.

Millət vəkili vurğulayıb ki, Azər Paşa bəy uzun illər ərzində rəhbər vəzifələrdə də çalışıb. Təbii ki, onun itkisinə təkcə ailə üzvləri deyil Azərbaycan mədəniyyətini sevərlərin hamısı üzülür və kədərlənir. Azər Paşa Nemətov bir çox ölməz tamaşaların adını mədəniyyət tariximizə yazmış bir sənətkardır. O həmçinin gözəl tamaşaları ilə rejissor olaraq teatr sənətinin inkişafına xidmət edib. Bu gözəl və sənət ocağı olan Azərbaycan Akademik Milli Dram Teatrınında inkişaf etməsi, yenilənməsi istiqamətində əvəsiz rol olub. Mən xatırlayıram ki, pandemiya dövründə biz onunla danışanda çox pis olurdu ki, teatr bağlı qalıb. O qeyd edirdi ki, nə qədər gözəl işlər və tamaşalar yarım qalıb. Biz onunla tez-tez Mədəniyyət Komitəsində görüşürdük. Onun çox maraqlı fikirləri olurdu. Daima Azər Paşa bəy həyatdolu bir insan olub".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə