Ötən gün yaşadığı mənzildə dünyasını dəyişən Azərabycanın xalq artisti Azər Paşa Nemətovla bu gün vida mərasimi keçirilib daha sonra II-ci Fəxri Xiyabanda torpağa tapşırılıb. 75 yaşında dünyasını dəyişən xalq artisti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin çalışırmış. Milli teatr sənətində müstəsna xidmətlərini olmuş görkəmli rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azər Paşa Nemətov 13 avqust 1947-ci ildə Bakıda Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olub. Mərhumun vida mərasimində ailə üzvləri ilə yanaşı yaxınları, dostları, sənət yoldaşları və onun tamaşalarındayer alan aktyorlarda iştirak edirdilər. SİA vida mərasimində iştirak edən aktyorların Azərpaşa Nemətovla bağlı xatirələrini öyrənmək üçün onlara yaxınlaşıb.

Aktyor Taleh Yüzbəyov: Azər Paşa Nemətov mənim universitet illərimdə kurs rəhbərim olub. O zamanlar hər zaman gəlib bizi daima danlayırdı, bəyənmirdi. İllər keçdikcə onun dediyi sözlərin fərqinə varmağa başladım. Hətta onun dediyi bəzi sözlər indiyənə qədər qulağıma sırğa olub. Yaxın zamanlarda onunla görüşməmişdim. O Azərbaycan teatrında böyük bir irs qoyub getdi. Allah Azər Paşa bəyə rəhmət eləsin! Məkanı cənnət olsun!".
Xalq artisti Hacı İsmayılov: Azər Paşa ötən gün yaşadığı mənzildə vəfat edib. Onun sürücüsü mənzilə daxil olub və otağda üzü üstə yıxılıdığını görüb. Mənim üçün çox ağrılıdır bu barədə danışmağ. Onun hələ planları və arzuları var idi. Hamımız üçün bu çox ağır itki idi. Azər Paşa bəy Zəfər Nemətovun oğlu idi. O təkcə Azərbaycanda deyil, ölkə xaricində də yetərincə tanınır və hörmət olunurdu. Mən istərdim ki Akademik Milli Dram Teatrı adından onun ailəsinə, doğmalarına və yaxınlarına baş salığı verirəm. Son zamanlar Azərbaycan teatırını Azər Paşabəy çox yaxşı səviyyəyə çatdırmışdır. Onun qoyduğu tamaşalar çox maraqlı idi. İnsanlara çox böyük zövqlə bu tamaşaları izləyirdilər. Azər Paşa bəyin itkisi əvəzolunmazdır. Əvəzolunmaz insan yoxdur deyirlər lakin mənim fikrimcə onun yerini heç kim doldura bilməyəcək"
Xalq artisti Əli Nur : “Azər Paşa bəylə mən 1968-ci ildən tanışam. Biz onunla bir yerdə oxumuşuq. Azər Paşa keçmiş zamanlardan Milli Dram Teatrı ilə əlaqədə idi. 2016-ci il də isə Azər Paşa bəy Milli Dram Teatrının həm bədii rəhbəri, həm də rejissoru qoyuldu. Biz Azər Paşa bəyin vəfatı ilə böyük bir rəhbəri itirdik. Azərbaycan mədəniyyəti üçün Azərpaşa bəyin yoxluğu böyük bir itkidir. Nə qədər ki, yaxşı rejissor var o qədər də yaxşı kino və tamaşalar olacaq. Allahdan Azər Paşa bəyə rəhmət diləyirəm. Bizim üçün bu barədə danışmağ çox ağırdır. Allah Azər Paşa Nemətova rəhmət eləsin, məkanı cənnət olsun".
Əməkdar artist Ayşad Məmmədov: "Mənim Azər Paşa müəllimlə ancaq xoş xatirələrim var. Son zamanlar biz teratr sənətinin incilərini itiririk. Sonuncu dəfə Azər Paşa bəyi Beynəlxalq Teatr günü münasibəti ilə onu təbrik etmişdim. Sonuncu danışığımız bundan ibarət olub. Mən axrıncı dəfə "Xurşidbanu Nətavan" tamaşasında rol almışam o zamanda Azər Paşa bəyə öz mətnimin sözləri ilə bağlı əlavə etmək istədiyimi bildirmişdim. Oda bu istəyimi qəbul etmişdir. O zamandan sonra onu görməmişdim. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun".
Xalq artisti Valeh Kərimov: Mən hər zaman Azər Paşa bəyim bütün tamaşalarına baxmışam. O çox istedadlı insan idi. Onun istedadı cavanlıq illərindən özünü biruzə verirdi. Uzun illər həmçinin Moskvada da işləyirdi. Bu bizim teatr aləmimizin itkisi hesab olunur. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun".

Aktyor Kazım Abdullayev: “Azər Paşa bəyi mən 50ildən artıq bir müddətdir ki, tanıyıram. Onunla mənim saysız-hesabsız xatirələrim olub. Bizə universitetdə dərs deyib. Çox təəssüflər olsun ki, biz son aylarda itirə-itirə gedirik. Rejissor baxımından çətinlik çəkdiyimiz bir dönəmdə iki rejissor itirmək çox ağırdır. Bizim üçün danışmaq çox çətindir. Dünən axşam bizim "Ölülər" adlı tamaşamız var idi. İnanın Allaha o tamaşanı necə oynadığ heç bilmədik. Azər Paşa bəydə tamaşa gəlmək istəyərkən yıxılıb və dünyasını dəyişib".

Xalq artisti Rasim Balayev: "Azər Paşanın çoxlu arzuları var idi. Çox təəəssüflər olsun ki, o bunların çoxunu yarım qoydu. Bu sahədə Azər Paşa Nemətov kimi sənətkar yoxdur. Bu Azərbaycan teatrı üçün böyük bir itkidir".

Xalq artisti Səyavuş Kərimli: "Mən onun hər tamaşasına 4-5 dəfə baxmışam. Hər zaman ona fikir verirdim ki, tamaşasını izləyərkən Azərpaşa kövrəlirdi. Bu gün Azərbaycan teatrı generalı ilə vidalaşır. Allah yerini cənnət etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB