Ötən gün yaşadığı mənzildə dünyasını dəyişən Azərbaycan Akademik və Milli Dram Teatrının bədii rəhbəri Azərpaşa Nemətovun dəfn mərasimi keçirilib. SİA xəbər verir ki, xalq artisti ll-ci Fəxri Xiyabanda torpağa tapşırılıb. Azərbaycanın xalq artisti Azərpaşa Nemətov 75 yaşında vəfat edib. Dəfn mərasimində onun yaxınları, dostlar, sənət yoldaşlarıda iştirak edib. O, 6 yanvar 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin edilmişdir.
Qeyd edək ki, Milli teatr sənətində müstəsna xidmətlərini olmuş görkəmli rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azər Paşa Nemətov 13 avqust 1947-ci ildə Bakıda Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB