Bundan sonra dağıdıcı müxalifətin aksiya çağırışı ilə çıxış etməsi anlaşılan deyil

Müxalifətin dağıdıcı ünsürləri parlament seçkiləri ərəfəsi müxtəlif şoular, məzhəkələr qurmaqla diqqət mərkəzinə çevrilməyə çalışdısa da məqsədlərinə nail ola bilmədilər. Seçki günü seçicilər bir daha onları rədd etdi. Məğlubiyyət acısını növbəti dəfə yaşayan müxalif baş bilənləri indi də, hay-küy qaldırıb, seçkilərin qeyri-demokratik keçdiyini özlərindən uydurub, aksiyalar keçirəcəklərini bəyan edirlər. Yəni MSK-nın seçkinin nəticələrini, neqativ hallarla bağlı yayılan görüntüləri araşdıraraq ölçü götürdüyü halda, qanun pozuntusuna yol verən 4 seçki dairəsinin nəticələrini ləğv edilməsinə baxmayaraq, müxalifətin dağıdıcı xislətli partiyaları Bakının mərkəzində aksiyalar keçirməklə bağlı çağırışlar etmləri onların heç də, müstəqil fikrə malik olmadıqlarını göstərir. Bu həm də, təsdiq edir ki, Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər, Cəmil Həsənli, İlqar Məmmədov və digərləri xarici məkrli qüvvələrdən sərt göstəriş alıblar. Elə bir göstəriş ki, onu təxirə salmaq və ya müzakirə mövzusuna çevirmək qeyri-mümkündür. Əks halda, maliyyə yardımları kəsilə bilər. Digər tərəfdən, mənəvi dəstəkdən, xüsusilə də, müxtəlif qaranlıq dairələrində lobbiçiliyindən məhrum oluna bilərlər. Təbii ki, xarici maddi və mənəvi dəstəkdən məhrum olunmaq müxalifət üçün siyasi intihara bərabərdir. Nəzərə almaq lazımdır ki, müxalifət xarici ölkələrdə baş verən istənilən dəyişiklikdən yararlanmağa və təcrübə əldə etməklə, fəaliyyət istiqamətlərində istifadə etməyə çalışırlar. Bunu biz Gürcüstan, Ukrayna, Qırğızıstan və bəzi ərəb ölkələrində baş verən rəngli aksiyalar zamanı Azərbaycan müxalifətinin həvəsə gələrək, küçələrə çıxaraq hay-küy qaldırmağa cəhd etmələrində görmüşük. Ancaq əqidə dostları Rəsul Quliyev demişkən, bu badbaxtlar yanılırlar. Çünki müxalifət təmsilçilərinin dünyada baş verən hadisələrdən, ayrı-ayrı dövlətlərdəki idarəetmə barədə təsəvvürləri yoxdur. Belə olmasaydı, ərəb dövlətlərində baş verənlərin Azərbaycanda da təkrarlanacağını iddia etməzdilər. Bu gün ən savadsız və zəif dünyagörüşünə malik insan belə, Azərbaycanla həmin ölkələr arasında heç bir istiqamət üzrə eyniləşdirmə aparmaq mümkün olmadığını anlayar.

Müxalifət xarici təsir altında olduğunu nümayiş etdirir

Reallıqlara əsaslanaraq, demək olar ki, Azərbaycan dünyanın əksər ölkələri ilə müqayisədə daha demokratik, insan hüquq və azadlıqlarının müdafiəsində, əhalinin sosial-iqtisadi tələbatlarının ödənilməsində daha geniş imkanlara və şəraitə malikdir. Möhkəm əsaslara malik ictimai siyasi sabitlik fonunda, sıx iqtidar-xalq birliyi mövcuddur. Ona görə də, müxalifətin qara-qışqırıq salması, mini aksiyalar keçirməsi, sosial şəbəkələrdə şər və böhtan kampaniyasından geniş istifadə etməklə, arzu etdiyi ümidlər və arzular nəticəsiz qalacaq. Müxalifət partiya sədrlərinin cəmiyyətdə dəstəyi olmadığı kimi, düşərgə daxilində də, mövqe sahibi deyillər. Hətta elə partiya sədrləri var ki, rəhbərlik etdikləri partiyalarda qəbul olunmurlar. Misal kimi, "REAL", Müsavat və AXCP- də cərəyan edən hadisələri göstərmək olar. Bir qədər əvvəl İ.Məmmədovun səhv, yanlış siyasətinə etiraz edən əksər partiya qurucuları istefa verdilər. Hətta istefa verən "REAL"ın katibi Azər Qasımov İ.Məmmədovu səriştəsizlikdə, bacarıqsızlıqda ittiham etdi və onu da qeyd etdi ki, İ.Məmmədovun rəhbərlik etdiyi partiyanın perspektivi yoxdur. Müsavatda da eyni ilə qarşıdurmalar yaşanmaqdadır. Partiyanın Lənkəran rayon şöbəsinin sədri Yadigar Sadıqlı A.Hacılının idarəetmə üsuluna etiraz əlaməti olaraq, mərkəzi strukturlarla əlaqələrini dayandırıb. Parlament seçkiləri ərəfəsi isə, Y.Sadıqlı Müsavatın seçki siyahısı ilə seçkilərə gedməkdən imtina edərək, müstəqil olaraq seçkilərə qatıldı. Ümumilikdə baş verən proseslərə əsasən demək olar ki, A.Hacılıya münasibət partiya daxilində heç də, yaxşı deyil. Daha doğrusu, əksər partiya funksionerləri onunla hesablaşmaq istəmirlər, hər zaman müstəqil mövqe nümayiş etdirməyə çalışırlar. Ziddiyətlər daha kəskin xarakter alanda isə, istefalar yaranır. Məlumatlara istinadən demək olar ki, son vaxtlar 250-ə yaxın sıravi müsavatçı A.Hacılının başqan kimi yararsız olduğunu əsas gətirərək, partiya sıralarından istefa veriblər. Eyni acınacaqlı proses AXCP sıralarında da davam etməkdədir. Ə.Kərimlinin səhv, yanlış siyasəti AXCP daxilində ciddi ixtilaflara yol açıb.

Seçki məğlubiyyəti müxalifət partiyalarından növbəti qopmalara yol açacaq

Satılmağa meyilli olan AXCP və Müsavat yetkililərinin, maddi maraq xatirinə ölkəmizin imicinə zərbə vurmağa çalışmaları konstruktiv siyasətə meyilli müxaliflər arasında ciddi narazılıqlara səbəb olub. ASDP sədri Araz Əlizadənin sözlərinə görə, Ə.Kərimlinin satqın və xəyanətkar olması nəinki AXCP-nin sıradan çıxmasına, eləcə də, ümumilikdə müxalifət düşərgəsinə ciddi zərbədir: "AXCP tarixində Əli Kərimli qədər pozuçuluq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Əli Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır".Bir sözlə, Ə.Kərimlinin "kliçka"sı alnına yazılıb, bu damğanı silmək və ya təmizləmək mümkünsüzdür. A.Əlizadənin qeyd etdiyi kimi, ümummüxalifətin qaragünə qalmasının başlıca günahkarı Ə.Kərimlinin və A.Hacılının yarıtmaz siyasət aparmalarıdır. Yəni sözügedən şəxslər müxalifət üçün də baş ağrısına çevrilib. Müxalif partiya sədrləri həm də bir-birinin ünvanına ittihamlar yağdırmaq, bununla da, hər biri özünü daha layiqli lider, aparıcı partiya təmsilçisi sərgilməyə çalışırlar. Ancaq görünən odur ki, iddialar reallığa çevrilmir. Bütün cəhdlərə baxmayaraq, müxalif düşərgə parçalanmış, bir vəziyyətdədir. Müxalifətin birləşə və formalaşa bilməməsi söz yox ki, müxalifət liderlərinin yarıtmaz siyasət aparmaları ilə bağlıdır. Digər amil isə, Müsavat-AXCP qarşıdurmasıdır. Bu iki partiya yarandığı dönəmdən bu günə qədər bir-birilərinə təpik atmaları, irəli sürdükləri təklif və ideyaları məsxərəyə qoyaraq, rədd etmələri müxalifətin normal fəaliyyət göstərməsinə zərbə olub.Bir sözlə, müxalifətin yanlış siyasi fəaliyyəti onların sıradan çıxması ilə nəticələnməkdədir. Proqnozlar və təhlillər onu təsdiq edr ki, yaxın vaxtlarda iddialı partiyalar kimi müxalifət düşərgəsində çıxış edən AXCP, Müsavat, "REAL" partiyalarından kütləvi qopmalar baş verəcək. Bunu şərtləndirən amillərdən biri də, sözügedən partiyaların parlament seçkilərində uğursuzluğa düçar olunmalarıdır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə