ABŞ bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Kolumbiya Prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi öz saytında məlumat yayıb. “Petro narkotik kartellərinin inkişafına icazə verdi və onların fəaliyyətini dayandırmaqdan imtina etdi. Bu gün Prezident Tramp ölkəmizi qorumaq üçün qətiyyətli addımlar atır və ölkəmizə narkotik qaçaqmalçılığına dözməyəcəyimizi açıq şəkildə bildirir”, - ABŞ Maliyyə Naziri Skott Bessent izah edib.

Bütün xəbərlər Facebook səhifəmizdə