Pakistan və Türkiyənin Laçın mesajı – Azərbaycan tək deyil!

Azərbaycanın bölgədəki hakim gücü, ən əsas da güclü müttəfiq və qardaşlıq dəstəyi Laçında nümayiş olundu. Bölgənin iqtisadi və siyasi gücü sayılan Azərbaycanın dünya gücləri sayılan Pakistan və Türkiyə ilə Laçındakı əzələ nümayişi ilk əvvəl bölgədəki duruma “əl qoymaq istəyənləri” xəbərdar etmək siqnalı idi.
Bir məsələni xüsusilə vurğulayım ki, Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin zirvə görüşünün keçirilməsi təkcə üç müttəfiq və qardaş ölkənin həmrəylik addımı deyildi. Bu, ilk növbədə üç müttəfiq ölkənin bölgədəki siyasi reallıqlar barədə dünya siyasətinin nəhənglərinə ünvanladıqları son dərəcə vacib mesaj idi. Rəsmi Ankara və İslamabadın Cənubi Qafqazın kilid ölkəsi sayılan Azərbaycanla həmrəylik addımı, hər şeydən öncə dünya miqyasında artıq tamamilə yeni reallıqlar yarandığının sübutu oldu. Diqqət edin: dünya siyasətində olduqca ciddi mövqe sahibi olan Türkiyə və Pakistanın bu gedişi bölgədə ciddi maraqları olan oyunçulara “Azərbaycan heç zaman tək buraxılmayacaq” xəbərdarlığı idi.
Nüvə dövləti olan Pakistanın Cənubi Qafqazda Azərbaycana belə açıq dəstəyi, üstəgəl qardaş Türkiyənin ölkəmizə olan dəstəyini hər keçən gün gücləndirməsi bölgədə Azərbaycanı təkləmək üçün fürsət axtaranlara əməllicə dərs oldu. Son günlər Ermənistanı başına götürən revanşizm və separatçı çağırışlar qəti təsadüf sayıla bilməz. Bölgədə ciddi maraqları olan güclərin İrəvandakı separatizmi dirçəltmək üçün dəridən-qabıqdan çıxdıqları göz qabağındadır. Sülhdən danışıb İrəvandakı revanşistlərə sığal çəkən, Donald Trampın bihörmət etdiyi Qərb liderlərindən üz döndərib Vladimir Putinin çətirinə sığınan Nikol Paşinyan hakimiyyəti də açıq şəkildə revanşistlərə meydan verməklə məşğuldur. Belə görünür ki, hazırkı Ermənistan hakimiyyəti vaxtilə Adolf Hitlerin etdiyi kimi, sülh vədi verib gizlicə müharibəyə hazırlaşır.
Çünki İrəvanda separatçıların qəfildən bu şəkildə fəallaşması, onlara meydan verilməsi, bu ideoloji xəstələrin təşkilatlanması qəti təsadüf sayıla bilməz. Bu günə qədər daha çox Qərbin siyasi tulası kimi tanınan N.Paşinyan və onun hakimiyyətinin birdən birə “valı çevirmələri”, şəxsən saqqalını qırxmış N.Paşinyanın Moskvadakı parada qaçıb özünü Vladimir Putinin qucağına atması o deməkdir ki, Moskvanın nəfəsi İrəvanın üzərindədir və gec-tez Rusiya öz köhnə vassalında ipləri tamamilə öz əlində cəmləşdirmək üçün hərəkətə keçib. Həmişə demişəm, yenə də təkrar edirəm: Ermənistanın Rusiyanın təsirindən kənarda olması qəti mümkün deyil. Çünki erməni xisləti daima rus ağalığına möhtac duyan toplumdur. Həm də yaddan çıxarmayaq ki, Rusiya birinci Pyotrdan üzü bəri Cənubi Qafqzda ən murdar işlər üçün istifadə etdiyi erməni toplumunu qətiyyən əldən buraxmaz. Erməni sevgisi rusun iliyindədir...
Heç bir Qərb ölkəsi bölgədəki maraqları üçün Ermənistandan sona qədər istifadə edə bilməyib – Rusiyadan başqa. Çünki bu xisləti alçaq toplumun öz yiyəsi var - Rusiya! Diqqət edin: bütün əsrlərdə hər kəs, Rusiya da, Qərb də erməni toplumundan ən çox Azərbaycan və Türkiyə əleyhinə istifadə edib.
Məncə, Laçında keçirilən Zirvə görüşü həm də Ermənistanı revanşizmə qızışdıranlar üçün əla cavab oldu. Tarix əlbəttə ki, təkrarlanır. Amma bu dəfə başqa cür!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə