Hələ 100 il əvvəl xarici işğalçılar Türkiyə ilə ortaq bir sərhədin mövcudluğunun qarşısını almaq üçün ADR-in işğal olunmuş ərazisini iki hissəyə - üstəlik, həmin ərazisinin bir hissəsini qonşusuna təhvil verməklə (!) ayırmışdılarsa və bunu "normal" və hətta "haqlı" hesab edirdilərsə, onda niyə İran və Ermənistanın öz aralarında ortaq bir sərhəd yaratmaması üçün Azərbaycanın qarşısında əngəllər yaratmağa cəhd edirlər?
Azərbaycan öz tarixi sərhədlərinin bərpası istiqamətində kifayət qədər güclü diplomatik manevrlər edir
Bu gün qonşu İran hələ də "qırmızı" xətdən danışır, üstəlik Fransa, Hindistan silahlarının Ermənistana göndərilməsində rol alır və Ermənistanda ABŞ hərbçilərinin mövqelənmələrinə göz yumur!
Və həmin proseslər fonunda Azərbaycan öz tarixi sərhədlərinin bərpası istiqamətində kifayət qədər güclü diplomatik manevrlər edir və 1920-ci ildə "bölgədəki geosiyasi dəyişiklik" adı altında "sərhədlərin dəyişməsi" faktının üzərindən çarpaz xətlər çəkməyə gücü də var. Və bir gün bu tarixi reallıq həqiqət olacaq!
Azərbaycan haqlı olaraq sual edir: nəyə görə Ermənistan və İranın Azərbaycan və Türkiyənin əsrlər boyu (!) mövcud olmuş, lakin Çiçerin, Orconikidze və Stalinin xoşuna gəlməyən ümumi sərhəddən məhrum edilməsi hesabına ortaq sərhədi olmalıdır? Bax, tələb edilən izah da budur və qarşı tərəflər nə qədər cəhd etsələr də, bu tarixi reallığın əsl izahını tapa bilməyəcəklər.
Saxtakar "Turan təhlükəsi" iddiası
Daha bir sual: oyunbazlıq edənlər, niyə bir dövlətin iki hissəsinin həyasız və əsassız bir şəraitdə birləşməsi "Turan təhlükəsi" adı altında beynəlxalq ictimai rəyə sırınır?!
Bu zaman Azərbaycan da tam olaraq hesab edə bilər ki, vaxtilə Azərbaycandan qopardılmış və Ermənistanla İran arasında yaradılmış ümumi sərhəd regiona Hind-Avropa təhlükəsi yaradır! Belə deyilmi? Məncə, düşünməyə dəyər...
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə