Gültəkin Hacıbəyli yaxşıdır, yoxsa axsaq ördək ? KÖŞƏ

Dağıdıcı müxalifət düşərgəsində elə məxluqlar var, onlar bir neçə siyasi təşkilat dəyişdikdən sonra, nəhayət hansısa partiyada lövbər salıblar. Belələrinə cəmiyyət də hörmətsiz yanaşıldığı kimi təmsil olunduqları partiyalarda da inam yoxdur. Xüsusilə də, biz zaman hakimiyyətin hansısa qolunda təmsil olunub, sonrada məkrli planlara daha çox meyilli olması səbəbindən vəzifədən uzaqlaşdırılan və ya parlament seçkilərində deputat yeri qazana bilmədiklərindən müxalifətə keçən ünsürlər münasibət daha ikrahedicidir. Sıravi müxaliflərin Əli Kərimli kimi qolçomaq xislətli məxluqun həndəvərində veyillənən Gültəkin Hacıbəyliyə olan sıravi müxaliflərin yanaşması dəvənin nalbəndə baxması kimidir. Bu məxluq isə ona olan mənfi münasibətə baxmayaraq arsız-arsız bəd əməllərini davam etdirir. Bəzən cilddən-cildə düşməklə Əli Kərimlinin, Cəmil Həsənlinin və xaricdəki ağasının gözündə yüksəlməyə çalışır. Lakin görünən ondan ibarətdir ki, “fədakarlığı” nəticəsiz qalır. Çünki, ona qarşı böyük inamsızlıq var. Həm də ona görə ki, zamanın da müxalifəti alçadan, Əli Kərimliyə, Arif Hacılıya , İsa Qəmbərə qarşı müxtəlif ittihamlar irəli sürüb, onları təhqir edib. G.Hacıbəyli özü də ona olan mənfi münasibətin fərqindədir. Lakin arsız və vecsiz məxluq olduğundan dağıdıcı müxalif partiya sədrlərinin və sıravi üzvlərinin ona iylənmiş məhsul kimi baxmalarına əhəmiyyətsiz yanaşır. “Bir zaman fikir dəyişər” düşüncəsi ilə əməllərini davam etdirir. Müxtəlif İnternet TV-lərdə və sosial şəbəkələrdə fəallıq göstərməklə gündəmdə qalmağa çalışır. Ancaq onun bu fəaliyyəti müəyyən məqamda aydınlaşdıqca, daha çox qaranlıq əməlləri üzə çıxmağa başlayır. Məlum olur ki, G.Hacıbəyli yalnız siyasi cameənin ləkələnmiş məxluqu deyil, həm də Ə.Kərimlinin formalaşdırdığı və İlham Hüseynin koodinasiya etdiyi trol dəstəsinin üzvüdür. Bəzən İ.Hüseyn bu əmrlərə müti trolu necə qazlayırsa, o da ağlına deyil, ağzına gələnləri danışır və ya sosial şəbəkələr vasitəsi ilə paylaşır. O gün də ağızı göycəklik edərək iddia edir ki, Paşinyanın Avropa Birliyinin və ABŞ-ın nümayəndəsi ilə görüş keçirməsi erməni xalqının uğurudur. Deyir ki, Paşinyan bu tip görüşlərlə ölkəsinin siyasi, sosial problemlərini həll edəcək. Lakin dərk etmir ki, dilənçilərə hörmət qoyulmur, həm də əl açıb, ondan bundan yardım istəməklə varlanmaq olmaz. Ermənistan ağır, sosial, iqtisadi problem içində əzilir. Bu problemləri kənardan göndərilən ianələrlə aradan qaldırmaq mümkün deyil. Yetər ki, özünün potensialın və imkanların olsun. Belə hal Ermənistanda görünmür. G.Haıcıbəyliyə yer edən, canına üşütmə salan, beyninə təsir edən hallardan bir də ondan ibarətdir ki, Azərbaycanda Makrona “axsaq ördək” deyilib. Xanım trola bu söz necə təsir edibsə, digər "əqidədaşları" kimi ermənipərəst və "fransız" mövqeyindən çıxış edir. O Makronun müdafiəçisi rolunda çıxış edib, ermənilərə revanşist sayıqlamalarına haqq qazandırmağa. Təbii ki, G.Hacıbəyli öz hərəkətlərinə nəzarət edə bilmir. Daha doğrusu istəsə belə fikirlərinə sərhəd qoya, addımlarına nəzarət edə bilməz. Çünki Ə.Kərimlinin sifarişi sətr və dəyişməzdir. Əks təqdirdə gərəksiz əşya kimi Milli Şuranın üzvülüyündən kənarlaşdırıla bilər. Bu təhlükənin an məsələsi olduğunu anladığından G.Hacıbəyli erməni revanşistlərinin dostu, Makronçuların müdafiəçisi kimi çıxışlar edir. Lakin el-oba da bir məsəl var, “it hürər karvan keçər”. G.Hacıbəylıi öz nədir ki, danışdıqları nə ola.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə