Paşinyan “buynuz çıxarıb” – hələlik sərhəddə...

ABŞ və Avropa İttifaqının Ermənistan üçün planlaşdırdığı 5 aprel görüşü deyəsən indidən “buynuz çıxarıb”. 44 günlük müharibədə burnu ovulan Ermənistan, qərbdəki xaç atalarının təşviqindən sonra bölgədə yeni müharibəyə başlamaq, revanş qazanmaq üçün sərhəd boyu hərbi texnika cəmləşdirməyə başlayıb. Açıq görünür ki, 5 aprel görüşü sülhə deyil, bölgədə yeni hərbi toqquşmalara, üstəlik Ermənistandan daha çox qərbdəki dövlətlərin xaotik müharibə yaratmaqla Ermənistanı ikinci Ukraynaya çevirmək, Rusiyanı regiondan sıxışdırmaq kimi maraqlarına xidmət edəcək. Dediyimiz kimi, 5 aprel görüşünə günlər qalsa da, artıq bu görüşün “buynuzları” baş qaldırıb. Neçə gündür qərbdəki aparıcı KİV-lərin Ermənistandakı revanşist qüvvələrə öz səhifələrində gen-bol yer vermələri, müharibə təbliğatı aparmaları “torbada müharibə” məqsədini gün üzünə çıxarıb. Əlbəttdə onların özləri də yeni qanlı planlarının mətbuat səhifələrində qorxunc şəkildə işıqlandırılmasına can atırlar. “Cin şüşədən çıxıb” məsələsi...

Bir məqama dioqqət edək: qondarma rejimin sonuncu “lideri” Samvel Şahramanyan Fransa mətbuatına bildirib ki, onlar hələ də fəaliyyətlərini davam etdirirlər. Bununla da Sahramanyan belə bir vəziyyətdə alovu daha da körükləndirməyə çalışır. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan isə ABŞ və Avropa ölkələrində müxtəlif yüksək vəzifəli rəsmilərlə intensiv separatçı görüşlər keçirir və revanşistlərin niyyətləri ilə onları tanış edir. Bununla da revanşistlər faktiki olaraq müharibə çağırışları edirlər. Sözsüz S.babayanı danışdıran Fransadakı daşnak qüvvələri, onlardan qətiyyən geri qalmayan Makron administrasiyasıdır.
Başqa bir nüansı diqqətə alaq: “Təhlükəsizlik zəmanəti” adı altında Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan silahlı təzyiq vasitəsi kimi istifadə olunması Cənubi Qafqazda sülhü ciddi şəkildə sual altına alır. Üstəlik hərbləşdirilən Avropa İttifaqının Ermənistandakı missiyası, əslində, müşahidə funksiyasından daha çox, Qərbin Ermənistanda öz hərbi bazası rolunu oynayır. Belə olmasaydı, 2023-cü ilin yanvarında yaradılan adı “mülki” olan, özü isə Avropanın xüsusi xidmət orqanlarının əməkdaşlarından formalaşdırılan missiyanın iştirakçılarının sayı dekabrda 138-dən 209 nəfərə qədər artırılmazdı. Ölkəmizin onun suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş, təhlükəsizlik maraqlarımızı təhdid edən istənilən fəaliyyətdən çəkinməsi üçün Aİ tərəfinə dəfələrlə etdiyi çağırışlara baxmayaraq, missiyanın anti-Azərbaycan təbliğat ruporu rolunda istifadəsi açıq şəkildə onu göstərir ki, NATO üzvü olan ölkələr Ermənistanda əməlli-başlı yuva salıblar.
Sözsüz ki, Ermənistan ordusu da, haylar da Azərbaycan dövlətinin, onun ordusunun gücünə yaxşı bələddir. O ordunun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində Ermənistanın işğalı altında olan torpaqlarımızdan işğalçıları iti qovan kimi qovub çıxarıb. O ordunun ki, əldə etdiyi zəfərləri, nümayiş etdirdiyi qəhrəmanlığı ilə dünya hərb tarixini heyrətə gətirib. O ordunun ki, “Dağlıq Qarabağ” məfhumunu, onun “statusunu”, “miatsum”u cəhənnəmə göndərib. O ordunun ki, bu gün döyüş qabiliyyətinə görə, dünyanın ən qüdrətli və yenilməz ordularından biridir. Görünür Nikol Vavayeviç və onun erməniləri növbəti dəfə DƏMİR YUMRUQ həsrətinə düşüblər. Bu dəfə DƏMİR YUMRUQ daha sərt, endirəcəyi zərbə daha amansız olacaq, görünən budur...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə