Solovyov – erməni “bacıoğlu” azərbaycanlı "izinə düşüb"...

O yenə öz “ifa tərzindədir”. Telejurnalistika “koryerası” boyu daima efirlərdəki siyasi şoularında yeganə missiyası bu olub: Azərbaycan və azərbaycanlılar əlehyinə hədyan dolu, kin-nifrət “bağlaması” ilə sarıdığı yalanları efirdən bağırmaq və “məzlum, əzilən” erməni tipologiyası yaradıb onu müdafiə etmək. Ən dəhşətlisi odur ki, bu erməni xislətli teleaparıcı heç bunu gizlətmir də. Erməni sevgisi onun genetikasına necə hopubsa, ənənəvi yalan maşınında erməni sevgisinin yeri bir başqadır onun üçün...rusiyalı şovinist və təbliğatçı, xüsusilə 44 günlük müharibədən istər əvvəl, istərsə də sonrakı müddətdə ermənipərəstlik mövqeyini, yaxud anti-Azərbaycan xislətini daim üzdə tutan Vladimir Solovyovun haqqında ən obyektiv təqdimat məhz bu cür ola bilər.
Bu yaxınlarda məqsəd və hədəfi naməlum qalan, əvəzində 100-dən çox insanın həyatına son qoyan Moskvadakı terror teraktından sonra bu V.Solovyov, terrorçular məlum olsa da nədənsə “azərbaycanlı izi” axtarmağa həvəslənib. Bu adam açıq şəkildə Azərbaycan əleyhinə informasiya təxribatına ikiəlli sarılıb və var gücü ilə Rusiya ictimai fikrində Moskvadakı erməni diasporunun azərbaycanlıları hədəfə çevirmək üçün ta Mixail Qorbaçovdan, Borus Yeltsinin dönəmlərindən istifadə etdiyi köhnəlmiş, amma ənənəvi və ucuz təbliğat “piarıdır”. Elə V.Solovyovun özü bütün zamanlarda Moskvadakı erməni diasporunun ən sadiq nökəri olub və bunu günü bu gün də davam etdirir. Yoxsa həqiqət belə deyil? – tam belədir ki, var!

Daima öz qərəzli, qeyri-obyektiv açıqlamaları ilə ukraynalılara, xüsusilə qeyri rus xalqlara qarşı qərəz və nifrət toxumu səpən bu avanturist teleaparıcı,bütün keçmiş sovet ərazilərindəki insanlarda özünə qarşı heç bir rusun arzulamadığı dəhşətli nifrət hissləri yarada bilb. Beləsini Rusiya heç vaxt görməyib! Ümumiyyətlə, bu sərsəm və təlxək tipaja qarşı bütövlükdə dünyanın bir çox nöqtələrində ayrıca antipatiya hisslər mövcuddur və bu da, əslində, onun dar düşüncəli, yaxud qəsd xarakterli tipik xüsusiyyətinin bəhrəsidir.
Məncə artıq Vladimir Putin də belə yararsız informator şuğulları ilə vidalaşmalıdır. Çünki bunun, erməni bacısı Marqarita Simonyanın, bir neçə belələrinin təlxək və məntiqsiz iddiaları birbaşa Kreml rəhbərinin öz personajına endirilmiş baltadan başqa bir şey deyil...

Elə onun son sayıqlaması da erməni diasporu, o cümlədən erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla birgə fəaliyyətinin “məhsulu”dur. Media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiya edən, əsl həqiqətləri və reallıqları korporativ maraqlara qurban verən, haylardan aldığı böyük pullar sayəsində milçək kimi vızıldayan bu avantürist hələ də dərk etmir ki, onun tutduğu mövqe həm də vətəndaşı olduğu ölkəsinə vurduğu son dərəcə ağır zərər və ziyandır. Kim bilir, bəlkə də dərk edir. Amma erməni diasporunun pul kisəsindən asılı olması, “şirə” görən kimi “coşmağ”ı bütün bunları arxa plana salır.

Rusiyanı, rusiya ictimai-siyasi atmosferini az-çox tanıyanlar əla bilirlər ki, Moskvadakı erməni diasporu daima rus mediasını öz “səxavəti” altında saxlayıb. Dollar bağlamalarından tutmuş erməni konyakına, qara kürüyə qədər heç nəyi əsirgəməyib erməni diasporu Rusiyanın media və siyasi təbəqəsi üçün. Həttda Moskva meri Yuri Lujkova, Duma sədrlərinə, nazirlərə, deputatlara qədər. Bu gün Salavyovun bilərəkdən, məzmunsuz şəkildə Moskva terrorunda “azərbaycanlı izi” uydurması da erməni diasporuna olan hədsiz sədaqətinin afişasıdır. Bu adam həttda fərqində olsa belə ki, dedikləri gülünc və primitivdir, yenə kustar təbliğat da olsa Azərbaycana qarşı aparır. Yediyi erməni “çörəyi”, içdiyi erməni konyakı, xərclədiyi dollar bağlamaları gözündən gəlməsin deyə...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə