Rüfət Səfərov Əli Kərimlinin troluna çevrildi

Rüfət Səfərovun Bakıda səfərdə olan Almaniya Bundestaqının deputatları ilə görüşündə ölkəmiz haqqında böhtanlar səsləndirməsi onun dağıdıcı müxalifətin ucuz təmsilçisi olduğunu təsdiqlədi

Konkret fəaliyyətə və əmələ malik olmayan dağıdıcı müxalifət və onların ətrafında vurnuxan trollar hər bir yeni addımları və açıqlamaları ilə özlərini ifşa etmiş olurlar. Xüsusilə də Əli Kərimli, İlqara Məmmədov, Cəmil Həsənli, Arif Hacılı və digərləri daha çox ittiham obyektinə çevrilirlər. Görünən isə ondan ibarətdir ki, başıpozuq dəstədən ibarət olan dağıdıcı ünsürlər ictimai qınaqdan nəticə çıxartmırlar. Əksinə, kor-koranə şəkildə ikrah doğuran fəaliyyətlərini davam etdirirlər. Bu da onu təsdiq edir ki, dağıdıcı ünsürlər xarici ağaları qarşısında elə bir öhdəlik götürüblər ki, həmin öhdəliyi pozmaq cəsarətinə malik ola bilməzlər. Hətta düşünmək olar ki, C.Həsənlinin, Ə.Kərimlinin, A.Hacılının və digərlərinin xaricdə aldıqları mülkləri, obyektləri üzərlərinə öhdəliklər götürdükləri ağalarının maliyyə dəstəyi hesabınadır. Öhdəliklər yerinə yetirilməkdən imtina ediləcəyi təqdirdə dağıdıcı ünsürlərin obyektləri əllərindən çıxa bilər. Ona görə də Ə.Kərimli, A.Hacılı, C.Həsənli xarici məkrli dairələrdən hansı tapşırıq gəlirsə, onu dərhal icra etməyə çalışırlar. Baxmayaraq ki, niyyətləri və məqsədləri iflasa uğrayır, lakin cəhdlərindən qalmırlar. Hətta o dərəcə də xarici dairələrə bağlıdırlar ki, ümumxalq hüzn günlərində belə təxribatlar törətməyə cəhdlər göstərirlər. Bu günlər Xocalı soyqırımının ildönümü zamanı Ə.Kərimlinin və ətrafında olan trolların "Ana harayı" abidəsinin önündə aksiya keçirməyə cəhd etmələri onların əxlaqdan və mənəviyyatdan böyük həcmdə uzaq olduqlarını göstərdi. Bir daha məlum oldu ki, dağıdıcı müxalif ünsürlər milli matəm günündə xalqın yanında olmaq, xalqla eyni dərdi bölüşmək hissindən uzaqdır.

Rüfət Səfərov xalqa deyil, dağıdıcı müxalifətə xidmət etməyə üstünlük verdi

Diqqətçəkən rüsvayçı hal ondan ibarətdir ki, sıralarına yeni trollar cəlb etməklə öz utancverici hərəkətlərini və əməllərini inkişaf etdirməyə çalışırlar. Əsasən də, siyasiləşmiş QHT rəhbərləri daha çox dağıdıcı ünsürlərin məkrli fəaliyyətlərinə ortaq olurlar. Düzdür, bu ortaqlıq heç də təəccüblü görünmür. Çünki Azərbaycanda elə siyasi partiyalar, QHT-lər, saytlar və qəzetlər var ki, eyni mərkəzdən maddi və mənəvi dəstək alırlar. "Abzas Media", "BBC Azərbaycan", "Azadlıq" qəzetinin saytı və digər bu kimi digər saytlar Frank Şveber, Kristofer Smit və digər ermənipərəst senator və parlamentarilər kimi Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib, böhtan xarakterli informasiyalar paylaşırlar. Artıq "Abzas Media"nın bir neçə əməkdaşının xarici maraqlı dairələrdən maliyyə yardımları almalarını sübut edən istintaq materialları əsasında cinayət işi qaldırılıb və həbs olunanlar var. Elə QHT rəhbərləri də var ki, onlar da birbaşa Ə.Kərimlinin, C.Həsənlinin, A.Hacılının məqsədyönlü qərəzli təbliğatına uyaraq onların ucuz trollarına çevrilirlər. Belələrindən bir də "Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovdur. Bu, o məxluqdur ki, dövlətimiz onu oxutdurmuş, təhsil vermiş, nəhayət, yüksək etimad göstərərək prokurorluq orqanlarına işə qəbul etmişdir. Göstərilən diqqət və qayğını dəyərləndirib, dövlətə və xalqa xidmət etməkdənsə, dağıdıcı müxalifətin qazanının dibini yalayanlardan olmağa üstünlük verdi.

R.Səfərov Bundestaqın deputatları ilə görüşdə Ə.Kərimlinin təqdim etdiyi böhtan xarakterli tezislərə uyğun fikirlər səsləndirib

Görünən faktlar ondan ibarətdir ki, R.Səfərov bütün imkanları ilə Ə.Kərimlinin tezislərini icra etməyə çalışır. O, gah sosial şəbəkələrdə ölkədə guya insan hüquq və azadlıqlarının pozulduğunu iddia edir, gah da söz və mətbuat azadlığı sahəsində ciddi qüsurların olduğunu uydurur. Lakin əlində ciddi, əsaslı fakt yoxdur. Sadəcə danışır və sayıqlayır. Haqlı olaraq onu tanıyanlar fikirlərini boşboğazlıq kimi qiymətləndirirlər. Məhz belə sayıqlamalarına görə haqqında cinayət işi qaldırılmış və həbs olunmuş. Ancaq yenə də dövlətimiz böyük humanistlik göstərərək onu əfv etmiş və azadlığa çıxmasına yardımçı olmuşdur. Təəssüf ki, bu məxluq etdiyi başboğazlığına görə dövlətdən və müvafiq şəxslərdən üzr istəməkdənsə, bəd əməllərini davam etdirmək yolunu tutdu. Hətta bütün varlığı ilə özünü dağıdıcı müxalifətə təslim etdi. Hansı daşı qaldırdınsa altından R.Səfərovun qərəzli açıqlamaları çıxdı, hansı məhkəmə prosesi oldusa, orada R.Səfərovun özünün belə anlamadığı yanaşmaları nümayiş etdirildi, sosial şəbəkələrdə, internet TV-lər də R.Səfərovun Ə.Kərimlinin tezislərinə uyğun şər və böhtanları səsləndirildi. Bütün bunlar bir daha təsdiqlədi ki, bu üzdəniraq "hüquq müdafiəçi"si həbsxana həyatı yaşasa da islah olunmayıb. Həm də bu məsələdə onun "fədakarlığı" onu sezdirdi ki, bu məxluq Ə.Kərimlinin qoynuna sığınmaqla, ondan müəyyən status almağa çalışır. Daha doğrusu R.Səfərov Ə.Kərimlinin müavini olmağa can atır. Bununla o xarici məkrli maliyyə mərkəzlərindən daha çox qrant ala biləcəyini düşünür. Tez-tez Avropa strukturları ilə əlaqələr qurması və AXCP-nin ideya-siyasi xəttini onlarla bölüşməsi məhz arzusunda olduğu AXCP sədr müavini vəzifəsini reallaşdırmaq istəyi ilə bağlıdır. Ötən həftə o Bakıda səfərdə olan Almaniya Bundestaqının Hüquq Məsələləri Komitəsinin ayrı-ayrı fraksiyaları təmsil edən deputatları ilə də görüşüb. Almaniyanın Bakıdakı səfirliyində baş tutan görüşdə R.Səfərov ölkəmizlə bağlı Ə.Kərimlinin təqdim etdiyi böhtan xarakterli tezislərə uyğun fikirlər səsləndirib. Görüşdən sonra özü də utanıb-çəkinmədən etiraf edib ki, o almaniyalı deputatlara Azərbaycanda "insan hüquqlarının mövcud durumu, repressiv mühit, siyasi ağırlıqlı inzibati və cinayət təqibləri, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının vəziyyəti, xüsusilə, Almaniyadan deposrtasiya edilən, sonradan saxta ittihamlar üzrə həbs edilən, bəzi hallarda işgəncələrə məruz qalan müxalif fəalların işləri, inanclı şəxslərin kütləvi həbsi ilə bağlı onlara şikayətlərini çatdırıb".

Görüşdə iştirak edən Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann R.Səfərovun böhtanlarını səsləndirərkən gülməsi bir sıra məsələlərə aydınlıq gətirib. O mənadakı həmin şər və böhtanları bir qədər əvvələ AXCP sədri Əli Kərimlinin Ralf Horlemann ilə görüşündə ifadə olunmuşdur. R.Səfərovun yenidən eyni ittihamları dilə gətirməsi bir daha onu təsdiq etmiş olur ki, tərəflər xaricdəki mərkəzi şəbəkədən verilən tapşırıqları "ləyaqət"lə yerinə yetirirlər.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə