Gültəkin Hacıbəyli mandat alsaydı...

Almaniyanın və Fransanın təsiri altında olan AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi separatçı qətnamə və bunun fonunda ölkəmizdəki dağıdıcı müxalif məxluqların hay-küyləri təbii ki, müəyyən məsələlərə söykənir. Başlıcası, Azərbaycanın 30 illik erməni işğalına son qoyaraq torpaqlarını azad etməsi yerli və xarici məkrli qüvvələri ciddi şəkildə narahat edib. Xüsusilə, dağıdıcı müxalif ünsürlərin torpaqlarımızın azadlığına qovuşmasından pərişan olmaları başa düşülən deyil. Sual yaranır, niyə bəyəm dağıdıcı müxalifət funksionerlər azərbaycanlı deyillər?

Azərbaycanda doğulub, boya-başa çatmayıblar? Bəyəm anlamırlar ki, Qarabağın işğaldan azad edilməsi bəşər tarixinin ən böyük hərbi zəfəridir? Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri möhtəşəm qələbəmizə kölgə salmaq üçün hər cür iyrənc vasitə və üsullardan istifadə edirlər. Əli Kərimli həyasızcasına sosial şəbəkələrdə paylaşdığı statuslarında Qarabağın işğaldan azad edilməsinin "yarımçıq qələbə" olduğunu iddia edib, bu yöndə cəfəng, erməni lobbisinin maraqlarına xidmət edən fikirlər qeyd edir. Bəhanəsi də var, guya rus sülhməramlılarının orada olması Qarabağda genişmiqyaslı işlərin həyata keçirilməsinə əngəllər yaradacaq. Lakin bu məxluq anlamır ki, artıq rus sülhməramlıları orada formal olaraq qalıblar. Vaxtı çatınca Qarabağı tərk edəcəklər. Əlavə sual olunur, niyə dağıdıcı ünsürlər Ermənistan sərhəddinə mülki missiya adı altında Almaniyadan və Fransadan gətirilib yerləşdirilən xüsusi xidmət orqanlarının əməkdaşlarından danışmırlar, nədən buna etiraz etmirlər? Dünyanın istənilən nöqtəsində baş verən əcayib-qərayib olaylara münasibət bildirən, bəzi məqamlara xoş hisslərlə təriflər yağdıran Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri niyə dağıdıcı müxalif məxluqlar 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən zəfər paradı ilə bağlı bir kəlmə də olsun fikir bildirmədi? Fakt budur ki, onlar susmağa üstünlük verdilər, danışmadılar, dinmədilər, sanki paradın keçirilməsindən, xalqın coşqu ilə meydanlara çıxıb qürurlu anları şadyanalıqla qeyd etməsindən xəbərsizdirlər. Yəni, qulaqları kar, gözləri kordur.

Əli Kərimli xarici şəbəkədən asılıdır

Digər tərəfdən, nədən dağıdıcı müxalif başbilənləri faşist dərnəyinin fəal üzvü Frank Şvebenin təklifi əsasında AŞPA-da Azərbaycanın bu qurumda səsvermə hüququnun məhdudlaşdırılması barədə qəbul edilən qondarma qətnaməyə etiraz etmədi? Bir dəfə də olsun erməni lobbisinin sifarişləri əsasında ABŞ, Niderland və Fransa rəsmilərinin ölkəmiz haqqında ardıcıl xarakter daşıyan əsassız ittihamlarına ən azı narazılıqlarını bildirməyiblər, niyə, səbəb nədir? Şübhəsiz ki, deyilənlər və yazılanlar əsaslıdır, dağıdıcı müxalifət xarici maraqlı dairələrdən maddi və mənəvi dəstək alırlar. Məhz bu prinsip onları dili gödək edib. Belə müxalifət şübhəsiz ki, satqın və xəyanət yolu tutan müxalifətdir. Hansısa Avropa dövlətin belə hallar yaşasa idi, söz yox ki, həmin müxalif partiyaların dövlət qeydiyyatları ləğv edilər, rəhbərliyi isə həbsə atılardı. Azərbaycan dövləti humanistliyi və xeyirxahlığı ən ali məqsəd hesab edib, bu siyasəti ardıcıl şəkildə həyata keçirdiyindən satqın və xəyanət yolu tutan dağıdıcı müxalifət hər cür əxlaqsız və yaramaz fəaliyyətə meyl göstərirlər. Yəni yaradılan şəraitdən sui-istifadə edirlər. Hətta demək olar ki, hər ötən günə nisbətən "istedadlar"ını bir qədər də inkişaf etdirir.

Gültəkin Hacıbəyli "istedad"ını təkmilləşdirib

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli növbəti dəfə ağzını açmaqla gül vurub. Deyib ki, cinayət üstündə yaxalanan və həbs olunan Qubad İbadoğluTofiq Yaqublu "sivilizasiya"nın axarını dəyişə biləcək, böyük zadlar olduqlarından onlar həbsdən azad edilməlidirlər: "Düzdür, az da olsa, zaman qazanacaqsınız, amma aqibətinizi, əsla dəyişdirə bilməyəcəksiniz. Sonunuz gələndə "kaş ki"-lərin məngənəsində çabalayacaqsınız. Sizə o "kaş ki"-ləri dedirdəcək nədənlərin sayını artırmaqla məşğulsunuz". Bu məxluqun statusunda açıq hədə mesajı açıq şəkildə görünür, qarğış filan da öz yerində. Təbii qarğışa üstünlük verməsi, narazı qadın xislətindən irəli gəlir. Lakin bir məsələ qaranlıq qalır ki, Gültəkin Hacıbəylinin demokratiyadan, həqiqətlərdən danışması təəccüblü görünür. Onun nə demokratik dəyərlərə sayğısı, nə də azad düşünən insanlara hörməti var. Keçmiş həyat tərzi, xüsusilə də deputat olduğu dönəmdə indi qoynuna sığındığı Əli Kərimlini, Arif Hacılını, Cəmil Həsənlini, Tofiq Yaqublunu ağ yuyub, qara sərdiyi unudulmayıb. Hələ də sosial şəbəkələrdə, mətbuatda, eləcə də TV arxivlərində o təhqiramiz ifadələr, ittihamlar qalmaqdadır. Avropa Şurasının iclaslarında var səsi ilə Azərbaycanda siyasi məhbus olmadığını bağıran Gültəkin Hacıbəyli deyildimi? G.Hacıbəylinin seçkiöncəsi teledebatda, əhali ilə görüşlərdə, mətbuata verdiyi açıqlamalarında "Azadlıq" blokunun namizədlərini alçaltmağa çalışması yaddaşlardan silinməyib. Həm də Ə.Kərimlini, A.Hacılını, T.Yaqublunu ən aşağı sözlərlə təhqir etməsi unudulmayıb, əgər yaddan çıxarmaq istəyirsə, mənasızdı, belə demək olar ki, gecdir. G.Hacıbəyli mandatsız qalanda və daş karxanası fəaliyyətini dayandırıb, obyektləri tədricən sıradan çıxanda Ə.Kərimliyə sığınıb hakimiyyətə qarşı şər və böhtanlar səsləndirməyə başladı. Əminliklə demək olar ki, əgər G.Hacıbəyli mandat ala bilsə idi, indi də Ə.Kərimlini söyürdü. Ən azı obyektləri əlindən çıxmasa idi, kənara çəkilib xımır –xımır taladıqlarını yeyərdi. Yəni bu məxluqun abırı- həyası olmadığı kimi stabil mövqeyi də yoxdur. Ona görə də sabah Ə.Kərimliyə qarşı ittihamlar səsləndirsə heç də təəccüblü görünməyəcək. Çünki bu məxluqun umacı belə yoğurulub-mövqesizlik.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə