Beləliklə, uzun illərdir çək-çevirlə məşğul olan AŞPA-da ölkəmizə qarşı atılan son qərəzli və şovinistliyə söykənən addım atıldı və əslində, bu qurumdan həmin addımın atılması gözlənilən idi. Daha dəqiq desək, AB və AŞ-nın ölkəmizə təzyiq yolu ilə məqsədinə çatmaq istədiyi baş verdi, amma həmin məqsədə çatılacaqmı..?
Son 30 ildə və adıçəkilən quruma üzv olduğumuz 23 ildə...
Fakt budur ki, AŞPA və Azərbaycan arasında münasibətlər xüsusilə, ikinci Qarabağ müharibəsindən sonra həddindən artıq gərginləşmək üzrə istiqamət almışdı. Belə ki, son 30 ildə və adıçəkilən quruma üzv olduğumuz 23 ildə həmin təşkilatın ölkəmizə qarşı münasibəti müsbət olmayıb. 44 günlük müharibə ərəfəsində və sonrasında demək olar ki, hər dəfə AŞPA-da ölkəmizə qarşı qərəzli qərarlar qəbul edilirdi. Bütün bunlar isə "erməni abidələri", "erməni qaçqınları", Ermənistanın sərhəd iddiaları və s. çığır-bağırlarla müşahidə olunurdu. Belə bir mövqe isə əlbəttə ki, qəbuledilməz hesab olunurdu. Birtərəfli mövqe isə ikibaşlı oyun təsirini bağışlayırdı. Çünki Azərbaycan xalqı və dövləti heç zaman AŞPA-nın ölkəmizlə, qaçqınlarımızla, Ermənistanın işğalı və yeni ərazi iddiaları ilə bağlı hansısa tutarlı, əsaslı sənəd, qətnamə qəbul edildiyini görmədi. Bəs biz burada daha hansı məqamları görə bilərik?
Siyasi tariximizdə ciddi hadisə!
İlk növbədə, AŞPA artıq beynəlxalq siyasi çevrələrdə önəmli qurum kimi görünmür və bu reallığın nəyə görə yaranmasını həmin qurum özü-özündə axtarmalıdır. Digər tərəfdən, bu məşvərətçi, yaxud məsləhətçi bir qurumdur. Avropada siyasəti isə Avropa Birliyi Şurası və Avropa Komissiyası müəyyən edir. AŞPA-da cavab kimi Azərbaycan nümayəndə heyətinin tutarlı, əsaslı və gerçəkliyi ifadə edən bəyanat yayaraq qeyri-müəyyən müddətə fəaliyyətini dondurması və qurumu nümayişkəranə şəkildə tərk etməsi isə siyasi tariximizdə çox ciddi bir hadisədir. Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil və xalqımız yaxın gələcəkdə dövlətimizin xarici siyasətində bu istiqamətdə atılacaq növbəti addımlarının şahidi olacaq.
AŞ keçmiş uğursuz siyasətçilərin, eks-deputatların, korrupsiyalara bulaşmış biznesmen və maliyyə cinayətləri ifşa edilən oliqarxların yığışdıqları kluba, hətta siyasi bordelə çevrilib
Daha bir məqam isə budur ki, AŞ keçmiş uğursuz siyasətçilərin, eks-deputatların, korrupsiyalara bulaşmış biznesmen və maliyyə cinayətləri ifşa edilən oliqarxların yığışdıqları kluba, hətta siyasi bordelə çevrilib.
Fəqət, qoca siyasi korrupsioner Jozep Borrellin də Azərbaycanın Ermənistan ərazisini "işğal" niyyətindən narahat olduğunu bəyan etməsi artıq rəsmi Bakı üçün ciddi siqnal oldu. Artıq belə bəyanatlar AB və AŞ-nın Azərbaycanı siyasi təcrid yolunu tutduqlarını isbatladı. Sabah-biri gün isə ATƏT-dən də bənzər addımların atıla biləcəyini istisna etmək olmaz. Onlar təzyiqlə hansısa məqsədlərə nail olmaq niyyətində olduqlarını gizlətmirlər.
Vətən və dövlətçilik, ərazi bütövlüyü və suverenlik məsələsində heç bir halda, hətta daha gərgin proseslər dövründə güzəştlərə gedilmir!
Ancaq rəsmi Bakının qətiyyəti, müstəqil siyasəti qarşılığında ermənipərəst xristian klubları heç bir şey əldə edə bilməyəcəklər və əslində, onlar da bunu yaxşı bilirlər. Vətən və dövlətçilik, ərazi bütövlüyü və suverenlik məsələsində heç bir halda, hətta daha gərgin proseslər dövründə güzəştlərə gedilmir! Geriyə isə yol yoxdur. Azərbaycan da qarşılığı və nəticəsi nə olursa-olsun, heç bir şəkildə geri addım atmayacaq! O vaxta qədər ki, Avropa qurumları öz ciddi səhvlərini etiraf edib, üzr istəyəcəklərinə qədər...
Azərbaycanımıza qarşı təzyiq, şantaj, sabotaj və qərəz yolu ilə təsir edə biləcəklərini güman edənlər isə bundan sonrs istəyənlər daha sarsılmaz birliyimizi və daha qətiyyətli xalq-dövlət gücümüzü görəcəklər. Buna isə qətiyyən şübhələri olmasın. Necə deyərlər, bunu biz istəmədik...
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB