Trendyol Azərbaycan: 59.99, yoxsa 99.99?.. - KÖŞƏ

Hər kəsin sevimli alış-veriş yeri olan Trendyol.com tərkibində yüzlərlə mağaza, minlərlə məhsul çeşidi olan, baş ofisi İstanbulda yerləşən Türkiyənin ən böyük elektron ticarət platformasıdır. Eyni zamanda hər kəsə zövqünə uyğun geyinmək, kosmetik vasitələr, aksesuar və minlərlə sayda digər əşyaları əldə etmək imkanı verən vasitədir.

Trendyol insanları istəklərinə çatdırmaqla yanaşı, həm də minlərlə insanın iş yeridir. İllərdir, fəaliyyəti ilə hər kəsin sevimlisi olan Trendyolda hər dəfə edilən dəyişikliklər, təqdim olunan kampaniyalar, verilən endirim kuponları, 3-12 aylıq kreditlə ödəmə imkanı və sair onlarla bu kimi təkliflər təbii ki, ondan istifadə edənlərin hər birinin ürəyincə olur.

Trendyol-un Türkiyədə və ölkəmizdə bu qədər məşhur olmasında əsas səbəblər həm də sezon sonlarında və xüsusi günlərdə təşkil edilən böyük endirimlərdir. Black Friday zamanı həyata keçirilən 70-80-90 faizlik endirimlər və eyni zamanda Trendyol-un dili ilə desək "Möhtəşəm Sezon Endirimləri" bu platformanı daima aktiv saxlamağa kömək etməkdədir. Eyni zamanda Trendyol-da müxtəlif funksionallıqlar və məmnuniyyət proqramları da həyata keçirilməkdədir.

Bir neçə ay öncə Trendyoldan Azərbaycana birbaşa çatdırılmanın bir neçə ay əvvəl tətbiq olunması isə bu vasitə ilə alış-veriş edənlərin tam ürəyincə olmuşdu. Çünki müxtəlif karqo şirkətləri alıcılara çəkiyə görə istədiyi qiyməti tətbiq edirdisə, yeni tətbiqlə çəkisindən asılı olmayaraq bütün sifarişlər eyni qiymətə, əvvəlcə 49.99, sonra isə 59.99 türk lirəsi ilə sahibinə çatdırılırdı ki, bu da hər təbəqədən ola insanlara istədiyini əldə etməkdə əlçatanlığı təmin edirdi. Azərbaycan təslimatından istifadə edənlər bir-birindən uyğun kampaniyalardan da istifadə etdilər. Son olaraq isə "YENİ 10" kampaniyası ilə 10 faiz endirimlə Trendyol Azərbaycan alıcıların xidmətindədir.

Lakin hazırda alıcıların bir hissəsi üçün Azərbaycan tətbiqində çatdırılma 59.99, digər hissəsi üçünsə 99.99 türk lirəsi olaraq göstərilir. Və indi hər kəsi düşündürən və narahat edən məsələ də elə budur. Birinci, ona görə ki, çatdırılma birdən-birə 59.99-dan 99.99-a çatdırıldı. İkinci, ona görə ki, bu, heç də hamıya şamil deyil. Beləliklə hazırda Trendyolun Azərbaycan təslimatından istifadə edənlər eyni hüquqa sahib deyil.

Belə bir qənaətə də gəlmək olar ki, yəqin sistemdə nə isə bir problem yaşanmaqdadır. Yoxsa eyni tətbiqdə eyni istifadəçiyə iki fərqli qiymətin tətbiq olunması mümkün deyil?

Hər kəs istər ki, istifadəçilər arasında qısa zamanda nüfuz qazanan Trendyol Azərbaycan tətbiqində bu kimi problemlərlə qarşılaşmasın. Ümidvarıq ki, buna cavabdeh olan şəxslər tezliklə bu məsələnin həlli yollarını axtarıb tapacaq və istifadəçilərin hər biri bu tətbiqdə özünü eynihüquqlu görə biləcək.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə