Naxçıvan görüşü: “Qafqaz evi” və Türk birliyi üçün yeni bünövrə

Azərbaycan və Türkiyə liderlərinin Naxçıvan görüşləri, bu qədim Azərbaycan torpaqında olduqca mühüm iqtisadi layihə olan İğdır-Naxçıvan qaz kəmərinin əsasının qoyulması artıq məsələni Türkiyə-Azərbaycan müstəvisindən çıxararaq tamamilə qlobal məcraya yönəldir. Açıq-aydın görünən odur ki, artıq Azərbaycan regional siyasət piramidasında olduğu kimi, türkdilli ölkələr müstəvisində, eləcə də Qafqaz regionunda müharibələri arxa plana, iqtisadi tərəfdaşlığı ön plana keçirən birləşdirici rol məsələsində də liderliyi üzərinə götürüb. Dünya siyasətində nüfuz dairələrinin yenidən bölüşdürülməsi işinin sürətlə vüsət aldığı indiki vaxtda Azərbaycanın bölgədə oynadığı rol getdikcə əhəmiyyətini artırır. Heç şübhəsiz ki, hər şey zərgər dəqiqliyi ilə hesablanmış siyasətin məhsuludur. Bu, kiminsə xoşuna gəlmək üçün deyilən tərif cümləsi deyil, tam ciddi məna daşıyan kəlmədir. Çünki siyasət naşılığı və zarafatı heç vaxt bağışlamır... Həm də nəzərə alaq ki, iqtisadi amil bütün siyasi planlar üçün ana xəttdir. Bu gün bütün birləşdirici funksiyanın önündə də iqtisadiyyat gəlir. İqtisadi güc və siyasi iradə!

Həmişə olduğu kimi, bu dəfə də Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda keçirilən regionun iki mühüm aktoru olan Türkiyə və Azərbaycanın prezidentlərinin görüşü həm dövlətlərin, həm regionun, həm də ümumilikdə dünya siyasətinə yeni perspektivlər, yeni yanaşmalar vəd edir. Xüsusilə regionda ildırım sürətilə baş verən yeniliklər fonunda Naxçıvan görüşü, əsası qoyulan olduqca mühüm iqtisadi layihələr rəsmi Bakının mövqelərini getdikcə artırır. Artıq Bakı proseslər üçün ciddi açar rolunu oynayır. Cəmi son bircə il ərzində Türk Birliyi üçün atıllan adıımlarda rəsmi Bakının iştirakını və əməyini nəzərə almaq kifayətdir ki, Azərbaycanın bu məsələdə liderliyini açıq-aydın görə biləsən. Naxçıvanda təməli atılmış İğdır-Naxçıvan qaz kəməri isə bir sıra iqtisadi dividentlərlə zəngindir. Gəlin diqqət yetirək.

Öncə onu deyək ki, yenicə təməlqoyma mərasimi keçirilmiş İğdır-Naxçıvan qaz kəməri bu gün Naxçıvanın qazla təchizatında ciddi rol oynayacaqsa, gələcəkdə Zəngəzur dəhlizi açıldıqdan sonra yeni boru kəmərləri ilə Azərbaycandan Türkiyəyə birbaşa qaz ötürülməsi üçün imkanlar yaradacaq və nəhayətdə Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcək.

İğdır-Naxçıvan qaz kəməri “Qafqaz evi” ideyası üçün iqtisadi stimul yaradır

Bir məqama da diqqət yetirək. Zəngəzur dəhlizi barədə danışırıqsa bir mühüm faktı diqqətdən yayındırmayaq. Çünki Zəngəzur dəhlizi regionda sülhün və təhlükəsizliyin bərqərar olması, Cənubi Qafqaz ölkələrinin – Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi və sosial inkişafı baxımından mühüm rol oynayacaq, “Qafqaz evi” ideyasının təşəkkül tapmasına zəmin yaradacaq. Diqqət etdinizmi? – bəli “Qafqaz evi” ideyası üçün də iqtisadi stimul yaradır bu mühüm enerji layihəsi. Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistan arasında gündəmdə olan sülh müqaviləsi reallaşarsa, separatçı və terrorçuların xunta rejimi altında inləyən torpaqlarda yeni canlanma, iqtisadi dirçəliş və insanların sosial rifahına böyük imkanlar yaradan şərait qurulacaq. Bu həm də o deməkdir ki, on illərdir aclıq və səfalət altında inləyən, daşnak faşist ideyasından başqa heç bir inkişafla tanış olmayan erməni əhalisi

Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə birləşdirəcək. Layihənin həyata keçirilməsi ilə Naxçıvanın ixrac potensialı xeyli artacaq. Naxçıvan məhsullarının post-sovet ölkələrinə, eləcə də Avropa və Asiya ölkələrinə rahat və birbaşa çıxışı təmin ediləcək. Layihə çərçivəsində muxtar respublikada da dəmir yollarının müasir ikiizli dəmir yolu sisteminə keçirilməsi, yeni işarəvermə və elektrik sistemlərinin, həmçinin digər infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Bu, yük və sərnişin daşınmasını ən müasir səviyyəyə yüksəldəcək. Həmçinin, soyuducu vaqonlardan istifadə etməklə muxtar respublikanın ekoloji təmiz və orqanik məhsulları dünya bazarına rahatlıqla çıxarılacaq. Tranzit imkanların artması Sovet dövründə də xeyli inkişaf etmiş məşhur Ordubad ipəkçiliyinin şöhrətini özünə qaytaracaq. Layihə Naxçıvanda turizmi də xeyli canlandıracaq.

Bundan başqa, Azərbaycan təbii qazı Qarsdan İğdıra, oradan da Naxçıvana nəql ediləcək. Bununla da muxtar respublikanın qaza artan tələbatının bir mənbədən - İrandan asılılığı sona çatacaq. Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə bu kəmərdən təbii qaz əks istiqamətdə nəql olunacaq. Azərbaycan və Türkiyənin tranzit imkanlarını daha da artıracaq. Bu isə o deməkdir ki, Azərbaycan həm bölgədə, həm də Avropa qitəsində uzun on illiklər boyu əsas enerji ötürücüsü kimi mövqe tutacaq.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə