Budur, Ermənistanın növbəti ümid çiçəkləri çırtladı - Samanta Pauer və ABŞ administrasiyasının nümayəndələri İrəvana gəlməklə ermənilərin "xilaskarlarına" çevrildilər. İndi Paşinyan komandasının işi təqribən bundan ibarət olacaq: siz (yəni ABŞ) Azərbaycana qarşı sanksiyalar tətbiq etməli, Azərbaycanın nefti və qazı alınmamalıdır. Üstəlik, fransızlar və amerikalılar daxil, beynəlxalq sülhməramlılar regiona təşrif buyurmalıdırlar. Yəni, hər kəs, bütün dünya Ermənistana borcluymuş...
Ümumiyyətlə, siz hansı əhəmiyyətə maliksiniz?
Ancaq belə bir sual yaranır, axı Qərb Azərbaycan əleyhinə sizə nəyə görə kömək etməlidir? Yaxud, hansı xidmətlərinizə görə onlar sizə borcludurlar? Ümumiyyətlə, siz hansı əhəmiyyətə maliksiniz? Balaca və zəngin olmayan, üstəlik, KTMT və Avrasiya İqtisadi İttifaqında sıxılıb-qalan ölkə...
Rəsmi olaraq Qərbə qarşı əks mövqedə dayanan təşkilatlar!
Ola bilər ki, Rusiyanı və Türkiyəni qıcıqlandırmaq üçün ermənilərə "xalaxətrin qalmasın" tipli nə isə deyə bilərlər, amma bu da boğazdan yuxarı verilən bəyanatlar kimi anlaşılır. Belə də ki, Ermənistan Qərbin nə iqtisadi, nə də hərbi müttəfiqi deyil.
Üstəlik, heç bir siyasi dairə deyə bilməz ki, Azərbaycan ictimaiyyəti son 28 ildə "Rusiya bizə kömək etməli, Qərb işğalçıları çıxarmalı, Türkiyə isə bizim yerimizə döyüşməlidir".
Məsələ də ondadır ki, heç vaxt xarici ölkələrdən kömək istəməyən Azərbaycandan fərqli olaraq...
Əksinə, Azərbaycan hər zaman deyib ki, Qarabağ məsələsində Rusiya da, Qərb də maraqlarımıza qarşı olublar. Hətta qardaş Türkiyədən, habelə dost İsraildən belə silahları öz pulumuzla almışıq. Təbii ki, iqtisadi qüdrətinin sayəsində. Eyni zamanda, siyasi dəstəyimizi də bu və bu kimi digər ölkələrlə əlaqələrimizi möhkəmləndirməklə qazanmışıq - öz gücümüzlə!
Bax, məsələ də ondadır ki, heç vaxt xarici ölkələrdən kömək istəməyən Azərbaycandan fərqli olaraq Qərb ermənilərin "gözəl gözlərinə" görə uzağı boş bəyanatlar verəcək. Və ya Qərb heç vaxt Ermənistana görə regional gücdən beynəlxalq gücə çevrilmiş Azərbaycanla münasibətini pozmayacaq. Hətta düşmənçilik və qərəzçilik mövqeyindən çıxış edən Samanta Pauer və digərləri də!
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə