"Qarabağ Azərbaycandır"a şahidlik edən şəhidlər

Bəs Vətən satqını Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu kimilər hansı üzlə bu torpaqdasınız?

Deyirlər, torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda isə Vətən olur. Bəli, cəmi 44 gün ərzində igid oğullarımız Vətən yolunda canını sipər etdi, qanları ilə bu torpağı suladı, qorudu ki, Vətən torpağını qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin, göyərsin...

"Şəhid qanı axmayan torpaqdan Vətən olmaz",- dedilər Şəhidlərimiz. onu da dedilər ki, bu gün biz Şəhid olmuruq, işğal olunan torpaqlarımızın azad olunmasında Şahidlik edirik. Azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan Bayraqlarımızın qaldırılmasına Şahid oluruq!. Çünki bu gün bu əsgərlərimiz üçün cəbhə bir ananının oğullarının, bir bacının qardaşlarının bir olduqları döyüş meydanıdır. Çünki siz Şəhid olan əsgərlərimiz, yurdsevər ərənlərimiz, bir an düşünmədən canını Vətən, torpaq yolunda fəda edən cəngavərlərimiz - hər kəsə nəsib olmayan Tanrının, haqqın dərgahındasınız!.. Düşməndən qisas almağa can atan, qeyrətli, təəssübkeş, Vətənin ən layiqli oğullarısınız!. "Vətən üçün ölməyə dəyər!" – deyən əsgərlərimiz düşmən qarşısında diz çökməyən, diz çökdürən ərənlərimizsiniz. Qeyrətli igidlər, Vətənin dar günündə düşmən qarşısına - önə çıxdınız, sinənizi sipər edib ömrünüzü bu millətin ömrünə caladınız. Doğulduğunuz torpaqdan yüzlərlə kilometr uzaqda "Öncə Vətəndir", – deyib canından keçən igid oğullarımız, sizin igidliyinizin nəticəsidir ki, bu gün bütün evlər, eyvanlar, yollar üçrəngli Bayrağımızla bəzənib. O Bayraq ki, sizin kimi oğulların sayəsində ucalır, dalğalanır. O bayraqlar ki, sizin şücaətinizin sayəsində Cəbrayıla, Qubadlıya, Füzuliyə, Zəngilana, Ağdama, Şuşaya, Kəlbəcərə, Laçına – Qarabağ Azərbaycandır!a yol aldı. Və özünüz də Qarabağ Azərbaycandır! uğrunda canınızı qurban verdiyiniz üçrəngli bayrağa bükülüb qəhrəman kimi qayıdırsınız elimizə, evinizə, yurdumuza, uğrunda can verdiyiniz Vətən torpağına. Bax, budur Şahidlik edən oğullarımızın Şəhidliyi!. Bax, budur qeyrət, hünər! Siz Azərbaycanın rəşadətli, igid əsgərlərisiniz! Siz xilaskar əsgərlərimizin qanı ilə yoğrulan torpaqlarımızın xilaskarlarısınız. Çünki Qarabağ Azərbaycandır!

ALİ BAŞ KOMANDANIMIZ İLHAM ƏLİYEV CƏNABLARI DEDİYİ KİMİ: "Bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir"

Bəli, bizim əsgərlərimiz xilaskar əsgərlərdir, silah, tkexnika düşməndə də var, ancaq o texnikanı istifadə edən o qol deyil, düşmən qoludur. Çünki Azərbaycan əsgərinin məsləki Qürurdur, Zəfərdir, Vətən torpağına üç rəngli Azərbaycan Bayrağını sancmaqdır! Bu gün Vətən torpağımız igidlərimizin qanı ilə düşməndən azad olundu. Şəhidlərimizin də qisası alındı! Və torpağını öz qanları ilə yoğuran, Vətən edən, Vətən uğrunda ölümü ilə əbədiləşən ŞƏHİDLƏRİMİZİN məzarının başında qələbə soraqlı üçrəngli ay-ulduzlu Bayrağımız qürurla dalğalanır!

Ancaq Vətəni, qeyrəti, namusu olmayanlar sosial şəbəkələrdə"millət fədaisi" satılıb-satan Əli Kərimli, öz savadsızlığı və səviyyəsizliyi ilə tanınan, mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyən Qənimət Zahid, kökü, mənəviyyatı erməni xislətli, erməni təxribatına qahmar çıxan Sevinc Osmanqızı, satqınlığını hər cür formada nümayiş etdirən Arif Məmmədov, "Yurd" şefinin sədrinin traypkası olan Cəmil Həsənli, özünü "Milli Şura"nın "primadonnası" sayan Gültəkin Hacıbəyli, özünü "hüquq müdafiəçisi" hesab edən Vidadi İskəndərli və bu kimi xalqın düşmənləri usanmaq bilmədən Cəmil Həsənli, özünü "Milli Şura"nın "primadonnası" Gültəkin Hacıbəyli kimilərin yalan üzərində qurulmuş "informasiya tələsi" həmişə olduğu kimi xalq onların bu torpaq yaşamasına qarşı etirazlarını bildirir. Çünki bu gün 30 ildən çox doğma yurdlarına həsrət qalan bir milyondan çox soydaşlarımızın həsrətinə Ali Baş Komandanımız, Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti ilə igid oğullarımız cəmi 44 gündə xilas etdi. Bu gün isə satqın Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbıyli, özünü "qazi" sayan Tofiq Yaqublu kimi satqınların bu torpaqda yaşamaq haqqı yoxdur! Və əmin olsunlar ki, onların bu çirkin niyyətləri heç vaxt həyata keçməyəcək. Nə dövr həmin dövrdür, nə də Azərbaycan həmin illərdəki Azərbaycandır. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, siyasi və iqtisadi baxımdan tam müstəqil olan, dünyada nüfuz qazanmış, sabit, inkişaf edən hüquqi və demokratik dövlətdir. Azərbaycanı bu sivil demokratiya yolundan döndərmək niyyəti Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Sevinc Osmanqızı, Arif Məmmədov, Yaqublu kimi avantüristlərin gözündə qalacaq. Çünki Azərbaycan xalqı onu və onun kimi düşünənləri çoxdan tarixin zibilliyinə atıb.

Və özləri kimi başı boş, savadsız Ermənistanın baş naziri Nikol Paşinyanın müdafiə edən çıxışlar etmələri isə, ancaq və ancaq vicdansızlıq və nankorluqdur! Bu satqınların mənəvi deqrodasiyaya uğradıqlarıyla yanaşı, etnososioloji varlıq olaraq erməniləşdiklərini, tarixi düşmənlərimizlə eyni mental xüsusiyyətləri paylaşdıqlarını ortaya qoyurlar.

Bu yerdə Əli Kərimlinin bu yalanları ilə bağlı sosial şəbəkələrdə böyük təpkilər var. Mərdan Şahıyev adlı istifadəçinin fikirlərini demək kifayətdir: "AXCP yarandığı gündən Əli Kərimov kimi simasını itirmiş birinə görə o partiyada adam qalmayıb. Xarici havadarlarının və aldığı qrantların hesabatını vermək üçün Əli Kərimov yenə "qotur salmış dana kimi" qaşınır...Yaddaşın pozulubsa, 1990-cı il hadisələrini görmüş insanlar hələ də yaşayır. İstifadə etdiniz, hakimiyyətə gəldiniz. Az qalmışdı ki, Azərbaycan kimi bir ölkəni darmadağın edəsiniz. Yaxşı ki, Heydər Əliyev hakimiyyətə gəldi, dağıtdığınızı nəinki bərpa etdi, Azərbaycanı bütün dünyaya tanıtdırdı. Heydər Əliyevin qurub yaratdığını davamçısı İlham Əliyev daha da çiçəkləndirir... Mən də bir Qarabağ döyüşçüsü kimi sizə xəbərdarlıq edirəm. Bizim adımızdan bir daha istifadə etsəniz dünyanın hegemon dövlətləri iqtisadi və siyasi tənəzzülə uğradığı bir vaxtda Azərbaycanda stabilliyi qoruyub saxlayan ölkə başçısı, Ali Baş Komandanın sadiq əsgəri kimi məni və mənim kimi minlərlə döyüşçünü qarşında görəcəksən".

Göründüyü kimi, sosial şəbəkələrdən istifadə edən ictimaiyyət nümayəndələri həmişə olduğu kimi, bu gün də dövlətin yanında olduqlarını, cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini sübut etdilər. Və kimliyindən aslı olmayaraq hər kəs Vətən yolunda şəhid və qazi olanların valideynləri qarşısında baş əyir, fəxr edirik. Fəxr edirik ki, şərəflə qorudunuz Vətəni!, Şərəflə qorudunuz Vətənin qeyrətini, torpağı Vətən etdiniz, Vətəni bütöv etdiniz. Hər qarışı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən əmanətdir. Çünki bu torpaqlar Şəhidlik qanı ilə yoğrulan- Qarabağ Azərbaycandır!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə