Yolu azan, dövlətinə və xalqına qarşı qarayaxma kampaniyası aparan insan, insan deyil. Onlar heyvani hissə meyilli məxluq adlandırılsa, daha yaxşı olar. Çünki necə ola bilər ki, doğulub, boya-başa çatdığın, suyunu içib çörəyini yediyin Vətəninə düşmən kəsiləsən. Belə hallar inandırıcı görünməyə bilər. Təəssüf ki, aramızda belələri var. Elə uzağa getməyib ABŞ Dövlət Departamentinin maraqlı şəxslərinin layihəsi ilə hazırlanan və yayımlanan Sevinc Osmanqızının TV-sinə nəzər yetirsək, hər şey aydın olar. Bəlli olar ki, bəli, “azərbaycanlıyam, Azərbaycanda doğulmuşam”, - deyən şəxs öz dövlətinə və xalqına bir növ təpik atır. Bakını bəyənmir, İrəvana həsəd aparır, erməniləri tərifləyir, Paşinyandan müsbət enerji aldığını iddia edir. O günləri isə S.Osmanqızı TV-sində ermənilərə yönəldilmiş tərifinin dozasını bir qədər də artıq edib: “Ermənistanda və Qarabağda seçkilər olacaq. Bu, ermənilər üçün vacib siyasi xarakter daşıyan hadisədir. Ermənistanda seçkilər keçirilir, həqiqi mənada seçkilər aparılır. Bu, böyük bir siyasi hadisədir. Ermənistanda gərgin mübarizə gedir. Camaat diskussiya aparır ki, kimə səs versin". Birincisi, heç bir halda Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda seçkilər keçirilə bilməz. İkincisi, əgər S.Osmanqızına təlimat və maddi yardım göstərənlər düşünürlərsə ki, Xankəndidə seçki oyunu qura bilərlə, səhv edilər. Üçüncüsü, əgər buna cəhd edilsə, Müzəffər Azərbaycan Ordusu Paşinyanı və Xankəndidəki separatçıları peşman edər. Dördüncüsü isə, Ermənistanda diktaturanın hökm sürdüyü ölkədir, burada heç bir halda normal, sakit, demokratik seçki keçirilə bilməz. Bunu əvvəlki seçkilərdə baş verən qanlı toqquşmalar, kütləvi seçki saxtakarlıqları da təsdiq edir. 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinin binasına daxil olan qəzəbli insanlar ölkənin siyasi rəhbərliyindəki təmsil olunan əksər şəxsləri məhv etmişdilər. Yəni, baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfər öldürülmüşdür. Sevinc Osmaqızına sual edilir, demokratik və həsəd apardığın dövlət belə olur? 2008-ci ilin prezident seçkilərindən sonra Ermənistanda vətəndaş müharibəsi qaçılmaz idi. İnsanlar seçkilərin saxtalaşdırılmasına etiraz edir, Serj Sarkisyanın istefasını tələb edirdilər. Parlament seçkiləri də saxtakarlıqla keçirildi. Serj Sarkisyan iqtidarı parlamentdə çoxluğu əldə etmək üçün ölüləri və ölkəni tərk edib getmiş yüz minlərlə keçmiş Ermənistan vətəndaşını "seçici" kimi seçki siyahısına daxil etməkdən çəkinməmişdir. Sevinc Osmanqızı bunları bilməmiş deyil. Bilirsə Ermənistandakı seçki sisteminə və dövlətin idarə edilməsinə həsəd aparırsa, təəccüblənməmək mümkün deyil. Nəhayət, 2018-ci il parlament seçkilərində Ermənistan faktiki dağılmağa yaxın idi. Fransa, Rusiya kimi böyük güclərin dəstəyi ilə Ermənistan parçalanmaqdan xilas edildi. Sadəcə, S.Sarkisyan Baş nazir olmaq iddiasını reallaşdıra bilmədi, onu Qərbin kuklası hesab olunan Nikol Paşinyan əvəz etdi. Hazırda kuklanın rəhbərlik etdiyi Ermənistanın hansı acınacaqlı vəziyyətdə olduğunu, S.Osmanqızı bilməsə də, erməni lobbisi bilməmiş deyil.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə