Vəli VƏLİYEV

Sorosun uşaqlarının rəhbərlik etdiyi Ermənistanda olmayan demokratiyadan dəyənək kimi istifadə edib cəmiyyəti yanlış istiqamətə yönləndirməkdən usanmırlar. Özləri də etiraf etməli olurlar ki, yalnız beynəlxalq təşkilatların qondarma hesbatlarında insan haqlarının qorunması barədə bəzəkli cümlələr yazılıb. Əslində isə Ermənistan dünyada insan haqlarının əzildiyi yeganə ölkə statusunu daşıyır. Ksenofob münasibətlərin hakim rol oynadığı, əksər hallarda isə milli ideologiyaya çevrildiyi ermənilərin yaşadığı ölkə bu gün monoetnikdir, yəni Ermənistan adlı ölkədə yalnız ermənilər yaşayır. Bəs başqa millətlər, etnik qruplar daimi olaraq burada niyə yaşamırlar? Yoxsa, təbiəti yaşamaq üçün münasib deyil, bəlkə torpağında heç nə bitmir, əkin üçün suyu yoxdur. Yox, qədim Azərbaycan torpaqları olan bu ərazilərdə ermənilər yaşamasına baxmayaraq bütün yaşam imkanlarına sahibdir. Amma özlərini "hay" adlandıran gəlmə millətin iyrəncliyi ucbatından buralarda başqa millətlər yaşamır, öz ata-baba yurdlarını qoyub uzaqlara qaçıblar. Təki ermənilərdən uzaqda olsunlar.
Bugünümüz üçün aktual olan bir sual da dilimmizin ucunda ilişib qalıb, əcəba, bu ermənilər nəmənə millətdir, Ermənistan da nəmənə yerdir ki, kimsə buralarda bu ikiayaqlılarla havanı, suyu, təbiəti bölüşmək istəmir? Ermənilər Amerikada yaşayır, amma bir amerikalı Ermənistanda yaşamır, Fransada ermənilər yüz minlərlədir, bir fransız Ermənistanı özünə vətən bilib buralarda yaşamır. Digər millətləri də təsnifatımızın bu bölümünə yaza bilərik. Hitler Almaniyası üzü şərqə doğru ölkələri işğal edəndə kommunistləri çıxmaq şərtilə heç kimə toxunmadı. Erməni faşizmi isə dünyada misli bərabəri olmayan yolu tutdu, Azərbaycan torpaqlarını işğal edərkən heç kimsəyə rəhm etmədilər, tam barbarlar kimi insanları ən yaxşı halda doğma yurdundan qovdular. Öldürülən, girov götürülən azərbaycanlıların sayı minlərlə idi.

Bəli, 30 il əvvəl baş verən vəhşiliklər ermənilərin ayağına danılmaz faktlarla yazılıb. Ən əsası isə BMT-nin dövlət deyib tanıdığı Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın 20 faizlik torpaqlarını işğalda saxladı. Dünya birliyi susmaqla Ermənistana haqq qazandırdı, öz səlahiyyətlərindən istifadə etmədikcə ermənilərin törətdiyi cinayətlərə şərik çıxdı, beynəlxalq təşkilatlar tərəfləri eyniləşdirməklə, tərəzinin eyni gözünə qoymaqla işğalçıların yanında durdu. Yalnız Azərbaycan öz gücü, iradəsi, ordu-xalq birliyi və müzəffər Sərkərdəsinin komandanlığı altında bu ədalətsizliyə son qoya bildi.

Bu günün mənzərəsi necədir? Azərbaycanlıları doğma elindən zorla qovan, onları ac, susuz, ayaqyalın çöllərə salan, çatdığını əsir, girov götürən, min bir zillətə düçar edən ermənilər bu gün Qarabağda nahar yeməyini yeyə bilmədiyi üçün az qalır dünyanı ayağa qaldırsın. Ədalətsiz, keçmişdə bizə qarşı törədilən vəhşilikləri bilərəkdən görməzdən gələn dünyanın bəzi ölkə və təşkilatları, daha doğrusu "söz sahibləri" ermənilərin havasına züy tutur. Separatçı əməllərinə haqq qazandıran, öz günahı ucbatından bir ovuc ermənini Qarabağda girov saxlayan Ermənistan rəhbərliyi xalqımızın başına gətirdiyi bütün bu müsibətləri bir kənara qoyub separatçıların "lazımi səviyyədə qida qəbul edə bilmədiyi" barədə hay-haray salır, Azərbaycanı günahlandırır. "Laçın" sərhəd keçid məntəqəsindən keçərək Ermənistana gedən 17 yaşlı erməni qızdan azərbaycanlı jurnalistin açıqlama almaq istəyini ermənilər elə qələmə verirlər, elə "fırtına" qoparırlar ki, sanki münaqişənin əsl səbəbkarını aşkara çıxarıblar.

Yox, ermənilərə yaxınlaşdıqca, Qarabağdakı ermənilərə reinteqrasiya prosesini yada saldıqca, yaxşı gələcək vəd etdikcə, bir sözlə adam yerinə qoyduqca qudururlar. Onlarla bu dildə danışmağın keçərli olmadığını Azərbaycan əsgəri dəfələrlə sübuta yetirib. Yaxşı ki, "dəmir yumruq" daim yerindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə