Mövcud fakt və reallıq ondan ibarətdir ki, dağıdıcı müxalifət partiyaları tarixin arxivinə atılmağa məhkumdur. Çünki sosial bazadan məhrum olan partiyalar, həm də səhv siyasət aparırlar. Xüsusilə də, 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbəyə kölgə salmaq və cəmiyyətdəki yüksək qələbə sevincinə xələl gətirilməsinə cəhdlərin göstərilməsi dağıdıcı müxalifəti ictimai rəyin gözündən tamamilə salıb. Hər kəsi bu mənada bir sual düşündürür, müxalifət nədən ermənipərəst mövqe sərgiləyir? Cavabı çox sadə və aydındır: onları erməni maraqlarından çıxış etməyə, xarici ağaları təhrik edir. Hansı ki, xarici maraqlı dairələr onlara maddi və mənəvi dəstək göstərirlər. Yəni, məslək və əqidələrini, milli və dövlətçilik maraqlarını xarici dairələrin ayırdığı pula satırlar. Satqınlıq və xəyanət yolu tutanlar sırasında AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Şura üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digərləri daha çox tanınır və seçilirlər. Bu üzdəniraq məxluqlar hakimiyyətə qarayaxmaq, iqtidar-xalq birliyinə kölgə salmaq üçün hər cür vasitələrdən istifadə edirlər. Onlar sosial şəbəkələrin insanların həyatına aktiv şəkildə daxil olmasından istifadə edərək milli maraqların əleyhinə antitəbliğat kampaniyası aparır, hakimiyyətə qarşı əsassız ittihamlar irəli sürürlər. Bu baxımdan, dağıdıcı müxalifətin cəmiyyətdə, həm də “sosial şəbəkə müxalifəti” kimi ad çıxarıblar. Günün hansı saatında, dəqiqəsində sosial şəbəkələrə nəzər yetirsən, orada Əli Kərimlinin, Tofiq Yaqublunun, Seymur Həzinin, Fuad Qəhrəmanlının, Gültəkin Hacıbəylinin vurnuxduqlarını görmək olar. Onlar təbii ki, orada söz dueli yaratmaq üçün veyillənmirlər, xalqa qara yaxmaq, dövlətə qarşı şər və böhtanlar irəli sürmək üçün sosial şəbəkələrdədirlər. Təbii ki, çoxsaylı suallar yaranır, bu yaşda, başda insan niyə həyatını və yaşayışını ancaq, sosial şəbəkələrə bağlayıb? Onlar dövlətin tərəqqisinə, xalqın maraqlarına cavab verə biləcək işlər görə bilməzlərmi? Əminəm ki, ətəklərindəki daşları yerə atıb, Sorosdan və digər maraqlı dairələrdən imtina etsələr, normal cəmiyyətin, ağıllı-başlı vətəndaşları ola bilərlər. Sadəcə, o dərəcə çirkabın içindədirlər ki, həm də xarici maraqlı dairələr qarşısında gözükölgəlidirlər ki, cəmiyyətin tələblərinə cavab verə biləcək vətəndaş ola bilmirlər. Misal olaraq qeyd etmək olar ki, “Milli Şura”nın sədri Cəmil Həsənlinin boş-boş söz yığnağından olan kitablarının Avropada tərcümə edilərək çap edilməsini ABŞ-ın Nyu-York şəhərindəki fransız əsilli iş adamı maliyyələşdirib. Əlavə olaraq da qonorar ödənilib ki, həmin qonorarın hesabına C.Həsənli özünə İngiltərənin London yaxınlığındakı qəsəbəsində ev alıb. Düzdür, evin alınmasında ödənilən məbləğin bir hissəsini Cəmil Həsənlinin himayəçiləri dəstək veriblər, lakin ilkin vəsait, qeyd etdiyim kimi, fransız əsili iş adamından gəlib. Eləcə də T.Yaqublu Gürcüstanın paytaxtı Tbilisidə üç otaqdan ibarət evinin alınmasında maliyyə vəsaitini Norveçin Steyner Gilə bağlı fond tərəfindən ödənilib. Gültəkin Hacıbəyli xaricdən bir o qədər qrantlar almasa da, yerli məkrli qüvvələrdən ara-sıra pullar əldə edir. Digər tərəfdən, G.Hacıbəyli təsadüfi seçim zamanı deputat olarkən özünə külli miqdarda var-dövlət qazanıb. Həmin mal-mülkün siyahısını qəzet və saytlar dərc ediblər. İndiki məqamda onun özünü diversant kimi aparan Əli Kərimlinin buyruqqulu kimi aparması, sadəcə, yığdıqlarını və taladıqlarını qoruyub saxlamağa hesablanıb. Lakin anlamır ki, bəla gəlsə, onu heç kim, hətta boşboğazlığı və diversant kimi özün təqdim edən Ə.Kərimli xilas edə bilməyəcək.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə