Paşinyan BMT-də “tamaşa” qurur: yanında Vaşinqton, Brüssel, Paris də var...
Ermənistan 100 illər bundan əvvəl olduğu kimi yenə də siyasi meymun, regiondakı siyasi əməliyyatlar üçün "ov tulası" missiyasına sədaqətini isbatlamağa çalışır. Çox gözəl cümlədir: beynəlxalq güclər üçün regionda ov tulası! Bütün mənalarda belədir.
Bu işğalçı, erməni faşizm ideologiyası ilə yüklənən düşmən ölkə heç olmasa tarixdə bircə kərə öz şərəfini, qürurunu düşünüb öz taleyinə özü qərar verməyə heç vaxt cəsarət edə bilmir. Nə cəsarət, nə də şərəf bu ölkəyə xas olmadığı üçün yazımdakı ŞƏRƏF və QÜRUR anlayışının dəyərini haradan anlasın....
Sülh müqaviləsini imzalamamaq üçün yüz çirkin oyuna sürüklənın Nikol Paşinyan hökuməti, indi də BMT binasında ağlaşma qurub. Guya Laçın koridorundan keçə bilməyən ermənilərin Xankəndidə "acından gəbərdıyi" barədə çığır-bağır salıb BMT-də.
Sözsüz ki, bosslarının tapşırığı ilə. Tarixin ironiyasına bir bax: bir vaxt Azərbaycanın ərazi bütövlüyünü təsdiq edib dörd qətnamə çıxaran, daha sonra çıxardığı qərarlarının arxasında durmayan, bu qərarları heçə sayan işğalçı Ermənistana "gözün üstə qaşın var" deyə bilməyən BMT, indi Ermənistanın növbəti rəzilliyi üçün uğursuz beynəlxalq siyasi şou səhnəsinə çevrilir. Nikol Varvaroviç də balaca "beyninin" içində tozlanan ağlınca BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə oyun oynamağı planlaşdırır. Sözsüz ki, özünün deyil, "xaç atalarının" göstərişi ilə! Deyir ki, Azərbaycan Xankəndidəki erməniləri "blokadaya" alıb, Xankəndiyə ərzaq daşımaq olmur, ordakı ermənilər "acından" gəbərirlər, və sairə...
Klassik erməni hiyləsi deyil, əsl erməni rəzilliyi, başqa heç nə! Görəsən, BMT-də oturub hələ vicdanını itirməyən insanlar Xankəndidəki restoran və şadlıq saraylarında gecə-gündüz davam edən eyş-işrəti, kef məclislərini izləyib belə yalanlara görə bu gün N.Paşinyanın üzünə tüpürərlərmi? - çətin məsələdir. Çünki belə yerlərdə vicdan sahibləri yox, ikiüzlü qərb diplomatiyasının icraçıları otururlar. Onsuz da beynəlxalq münasibətlər üçün heç bir qara qəpiyə dəyməyən, heç kimin it yerinə qoymadığı bu BMT qərar çıxarsa nə olasıdır ki? Kimdir BMT-ni filan yerinə sayan? Məgər N.Paşinyan və onun "xaç ataları" bilmirlərmi ki, qərarları heç yerdə keçməyən bir təşkilatda belə siyasi şoular qurmaqla heç bir nəticə əldə etmək olmur? Bilirlər, özü də bizdən qat-qat əla bilirlər. Çünki belə təşkilatları siyasi alət kimi özləri istifadə edirlər həmişə. Cikinə də bələddirlər, bikinə də. Amma onlara sadəcə siyasi şou lazımdır, beynəlxalq müstəvidə sürətlə artan Azərbaycanın təsirinə "dur" demək istəyirlər. Onları yandıran Türkiyə -Azərbaycan birliyinin birgə siyasəti ilə Qarabağın azad olunması, Ermənistanın bütün siyasi platformalarda oyundankənar vəziyyətə salınmasıdır.
Bu işdə N.Paşinyandan daha şox Brüssel, Moskva, Vaşinqton, ən çox da Ermənistan üçün əsl “bacı” obrazına girən Fransa bu məsələdə maraqlıdırlar. Hətta hazırda Ukraynaya görə Qərb üçün amansız düşmən kimi görünən Rusiya da Qarabağ məsələsində avropadakılarla vacib müttəfiq kimi vahid mövqedən çıxış edir. Təki Türkiyə və Azərbaycan daha da güclənməsin, Qarabağdakı radikal separatçılar faşizm işinə davam etsinlər.
Açıq şəkildə görünür ki, N. Varvaroviç avqustun 16-da BMT-də qurulacaq bu siyasi tamaşada maraqlı deyil. Çünki bu cür perspektivsiz, Ermənistana vaxt itirməkdən başqa heç nə vəd etməyən mənasız oyunlardan heç bir erməni heç nə qazanmayacaq. N.Paşinyana ölkə daxilində hakimiyyətini və sözünün kəsərini artılan addımlar hava və su kimi lazımdır. Çünki əla başa düşür ki, rəsmi Bakı ilə belə təsirsiz oyunlar qurmaq onun hakimiyyətinin ölkədəki olan-qalan sosial dayaqlarını da kökündən məhv edir. Ona erməniləri razı salan, iqtisadiyyatı canlandıran proseslər lazımdır ki, hakimiyyətini və ictimai nüfuzunu az da olsa saxlaya bilsin. Ona qalsa, Azərbaycanla razılaşmaya, yaxınlaşmaya hamıdan çox maraq göstərir. Amma o özbaşına deyil ki. Onu İrəvanda ikinci Lenin obrazına bürüyüb hakimiyyətə gətirənlər buna qəti imkan verməzlər. Onların N.Paşinyandan tələbləri və istəkləri məhz onların maraqları üçün çalışmasıdır. Nikol onlara sədaqətli olsun yetər. Qalan təxribatları özləri reallaşdıracaqlar. Elə belədir ki var. Ən təəssüfləndirici hal odur ki, Azərbaycan məsələsində artıq Moskva da bu siyasi təxribatlara “sığal çəkməyə” başlayıb. Bir sözlə, bu gün BMT-də erməni təlxək tamaşası olacaq. Nəticələri bizə VIZ GƏLSƏ DƏ...
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə