Vəli VƏLİYEV
Avropalıların xaçlı yürüşlərinin tarixi min il bundan əvvələ gedib çıxır. Hər şey “qoca qitə”nin zadəganlarının heç vaxt görmədikləri “Müqəddəs Torpağa” gedərək "İsanın qəbrini xilas etmək"dən başlamışdı. Əslində isə Avropanın ticarətlə məşğul olan dairələri Yaxın Şərqdəki mühüm strateji məntəqələri əldə etməkdə maraqlı idilər. Çünki, müsəlman hakimləri yolların idarəsini əlində saxlayır və onlardan xeyli gömrük rüsumu alırdılar. Beləliklə onlar da “Səlib yürüşü” ideyasını dəstəkləməyə başlamışdılar. Bir az da dərinə getsək, Avropalıların başlatdıqları “səlib yürüşləri” yeni torpaqlar əldə etmək, sərvətlər toplamaq, var-dövlət yığmaq məqsədi daşıyırdı. Bu, Avropanı əlində saxlayan barbar feodalların, zadəganların Roma Papasından aldıqları xeyir-duadan qaynaqlanan planları idi. Din faktoru sadəcə, bəhanə isi, səbəb isə…
Bu gün “xaçlı yürüşləri”nin müasir forması sayılan Ermənistan adlı qondarma dövlətin planları isə türk-müsəlman ölkələrinin tam ortasından başlayaraq yeni-yeni ərazilər ələ keçirmək, xaş gəzdirənlərin yolunu təmizləmək, nəticədə regiondakı varlı ölkələrin sərvətini talamaqdır. Yadımıza I Qarabağ müharibəsini salaq, erməni silahlıları hücuma keçməzdən əvvəl yerli azərbaycanlıların silahları əllərindən alınır, onlar tam tərksilah edilir, bir sözlə ermənilər sürətlə, heç bir müqavimətə rast gəlmədən ard-arda rayonlarımızı, şəhər və kəndlərimizi işğal edir, ən əsası isə yerli əhalini ya öldürür, ya da yurdundan didərgin salır, varını, dövlətini talayır. Daha dəhşətlisi isə onlara aid mülkləri əvvəlcə talayır, sonar isə evləri sökür, vandallıq edidilər. Deməli ermənilərə bu torpaqları ələ keçirmək orada yaşamaq üçün deyil, yalnız var dövlətinə yiyələnmək lazım idi. Maraqlısı da budur ki, 1988-94-cü illərdə azərbaycanlılara qarşı qətliamlar törədiləndə, torpaqlarımız işğal ediləndə Avropa və avropalılar susdular, baş verənləri görməzdən gəldilər. Və bu gün ermənilərin təbliğatına uyaraq Azərbaycanı guya Qarabağda “humanitar fəlakət” yaratmaqda ittiham edənlər o vaxt dünya ölkələri tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Şərqi Zəngəzur və Qarabağda soydaşlarımızın mülkiyyətini, onlara aid olan nə varsa hamısını əllərindən alır, onlara işgəncələr verir, əsir götürür və öldürürdülər. İndi dil açan dünya isə o vaxt susmağa üstünlük verirdi.
Bu gün Azərbaycan 44 günlük müharibədə ədaləti bərpa edib, torpaqlarımızı azad, yurdumuzu abad edib. Hökumət ərazilərimizdə Ermənistan və ermənilərin məhv etdiklərini yenidən inşa edir və həm də heç bir kənar maliyyə mənbələrindən istifadə etmədən, yalnız öz gücünə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. O cümlədən, öz ərazilərimizdə həm mülki, həmdə hərbi obyektlər inşa edir. Dünya praktikasında artıq aksioma kimi qəbul edilən addımları da atır. Bunlardan biri də Azərbaycanla qonşu ölkələr arasında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır. Bunun üçün dövlətimiz heç kimdən icazə almağı da düşünmür. Amma, səlibçilər buna da dil və əl uzatmağa cəhdlər edirlər. Guya Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşlar Ermənistana heç bir yoxlamadan keçmədən, heç bir nəzarət edilmədən var-gəl etməlidirlər, Azərbaycan isə onlara “gözün üstə qaşın var” deməməlidir. Sizcə, belə bir praktikaya hansı Avropa ölkəsində, yaxud Afrika qitəsində rast gəlinib. Sərbəst gediş-gəlişi bizdən tələb edən ölkələrin hansı birində bu hala rast gəlinib, yaxud onların kitabında bu üsul təsbit edilib.
Yuxarıda səlibçilərin, xaçlı yürüşlərinin tarixindən qısa məlumat verdik. Bu heç də təsadüfi deyildi. Xaçlı yürüşlərinin Ermənistan adlı uzantıları bu gün əsrlər öncə baş verənləri təklarlamağa qalxıblar. Avqustun 8-də “Xaçlılar” dəstəsinin üzvləri Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası təşkil ediblər. Onlar Zəngəzurun Xəzinəvar (Kornidzor) kəndi yazınlığında dayanmış humanitar yardım maşınlarının Qarabağa çatdırılması üçün Paşinyana vaxt veriblər, əks halda güc tətbiq etməklə hədələyiblər. Hökumətdən heç bir cavab almasalar Laçın yoluna hücum edəcəklərini deyiblər. Səhər saatlarında “Xaçlılar” dəstəsinin üzvləri və onların tərəfdarları İrəvanın mərkəzində etiraz aksiyası keçirərək, Laçın dəhlizinin açılması üçün addımların atılmasını tələb edirlər.
Hökumət binası qarşısında etirazçılardan bəziləri Respublika meydanına gedən yolları bağlamaq istəyərkən saxlanılıb. “Səlibçilər” dəstəsinin digər üzvləri yük maşınlarının dayandığı Kornidzor kəndinə çatıblar. “Səlibçilər” dəstəsinin komandiri Sarqis Poqosyan sülhməramlılarla danışıqlara başlamaq, nəticə olmasa yolu güclə açmalı olacaqlarını deyib. Dəstə üzvlərinin hərəkətinə yenə də erməni polisi mane olub.
Bəli, Azərbaycan maskası yırtılmış Ermənistanla üz-üzədir. Bu qondarma dövlətin əsl sifəti görünüb, avropalıların niyə haqqın deyil, Ermənistanın yanında durduqları ortaya çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə