Əlləri Azərbaycan xalqının qanına batmış erməni qatilləri yavaş-yavaş ədalət məhkəməsinə “təşrif buyururlar.” Yüzlərlə, minlərlə günahsız azərbaycanlıya qarşı terrorun, vəhşiliyin ən qəddar üsullarından istifadə etmiş erməni cəlladları üçün zamanın geri sayımı başlayıb. Xocalıda, Meşəlidə, Malıbəylidə, Əsgəranda, daha neçə-neçə ərazilərdə günahsız körpələrə, qadın və qocalara divan tutan cəlladlar nəhayət ki, haqq-ədalət divanında cavab verəcəklər. Artıq PROSES BAŞLAYIB!
Diqqət edin: İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında olduqca önəmli nüanslara toxunmuşdu. Prezident öz çıxışnda deyirdi: "Biz (İkinci Qarabağ müharibəsində - red.) təkcə Ermənistanı məğlub etmədik, biz erməni faşizminin belini qırdıq. Biz erməni xalqını bəd əməllərdən demək olar ki, xilas etdik. Bəlkə bu acı məğlubiyyət, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və onlar oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Bu, ədalətlidir və bunun davamı olmalıdır.”
Azərbaycan Prezidentinin bu çıxışı böyük proses üçün tarixi siqnal oldu. Budur, cəmi bir neçə gün bundan öncə Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. İstintaqla müəyyən edilib ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən, odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib azərbaycanlı milliyyətindən olan 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli xəsarətlər yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb.
Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Xaçaturyan Vaqif Çerkezoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin, BQXK-nin nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcək. Burası məlum.
Ən yaxın tarixə qısa nəzər yetirək. Azərbaycanda qətl və terror törətmiş erməni cəlladları zaman-zaman tapılaraq ədalət məhkəməsinə məhkum ediliblər.
Fikir verin, erməni faşistlərinin Azərbaycan ərazisindəki terror aktları hələ ötən əsrin 80-ci illərinin əvvəllərinə təsadüf edir. Belə ki, 8 sentyabr 1984-cü ildə Bakı şəhərində 106 saylı sərnişin avtobusu erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılıb. Hadisə zamanı iki uşaq anası olan Surxalizadə Fatma həlak olmuş, üç nəfər yaralanmışdır. Hadisə o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla Vartanovla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi və hadisənin təşkilatçısı olan Henrix Vartanov psixi xəstə kimi qəbul edilərək həbsdən azad edilərək məcburi psixi müalicəyə göndərildi.
7 oktyabr 1989-cu ildə Xankəndi şəhərində azərbaycanlılar yaşayan Şuşa şəhərini Ağdam yolu ilə bağlayan Xəlfəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Abramyan Artur Artaşesoviç həbs olunmuş və 1992-ci il aprelin 29-da 15 il müddətinə azadlıqdan məhrum edilmişdir.
11 iyul 1990-cı ildə Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobusu partladılmış və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı ermənilər tərəfindən terror aksiyası keçirilmişdir. Nəticədə 1 qadın, 7 kişi qətlə yetirilib, 23 nəfər isə ağır yaralanıb (cinayət işi 44/33013). İstintaq zamanı müəyyən edilib ki, terror aksiyasını Xankəndi şəhər sakinləri Napaleon ləqəbli Ayriyan Arkadi Abramoviç və Babayan Samvel Andronikoviç törədiblər. Onlar 1990-cı il dekabrın 15-də Əsgəran rayonunun Cəmilli və Kosalar kəndi arasında 3 nəfər azərbaycanlı kəndlisini qətlə yetiriblər. Hər 2 cinayətkar həbs olunub, 1992-ci il iyunun 19-da ölüm hökmünə məhkum ediliblər. S.Babayan daha sonra 1992-ci ilin iyulunda azərbaycanlı girov və əsirlərlə dəyişdirilib.
Bundan başqa, 9 yanvar 1991-ci ildə Laçın-Şuşa yolunda "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova, batalyon komandiri polkovnik leytenant O.Larionov, Laçın rayonunun hərbi komendaturasının qərargah rəisi mayor İ.İvanov və çavuş İ.Qoyekin olduğu avtomobilə qarşı terror aktı törədilib. Hadisə nəticəsində avtomobildə olan 4 nəfər qətlə yetirilib. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunublar.
Və daha neçə-neçə törədilən terror aktları, tökülən günahsız qanlar, öldürülən günahsız insanlar... Bu işin ən önəmli tərəfi isə odur ki, artıq erməni qatillərinin beynəlxalq hüquq çərçivəsində ədalət məhkəməsinə cəlb olunması üçün tarixi proses başlayıb. Sırada, robert koçaryanlar, serj sarkisyanlar, zori balayanlardır. Əli günahsız körpələrin, qadın və qocaların qanına batmış erməni cəlladları üçün böyük divan qurulur. Haqq nazilər, amma üzülməz!
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə