TV-lərlə tamaşaçı arasında dərin uçurum

Bu gün televiziya məkanında müxtəlif səpkili zövqüsüz, bayağı verlişlər yayımlanır. İstəsəndə, istəməsəndə həmin verlişlərə baxmaq məcburiyyətində olursan. Çünki, TV-lər elə bir gücə və imkana malikdirlər ki, istəməsən belə çağırılmamış qonaq kimi yuxarı başda oturub, səs -küy salır. Hərdən səbr edib, kinolara baxıram. Ancaq bir şey başa düşə bilmirəm. Heç bir istedadı, təcrübəsi olmayan , lakin rejissorun qılığına girməklə filmə çəkilən bir xanım aparıcı rolda çıxış edir. Əcəyib-qərayib hərəkətləri ilə kinonuda, həm də tv-ləri gözdən salır. Tamaşıçı da küsür, inciyir, nəhayət TV-lərlə tamaşaçı arasında dərin uçurum yaranır. Sonrakı mərhələ də insanlar üz tuturlar sosial şəbəkələrə. Sosial şəbəkələr ki, var basdırılmış minadır, partladığı halda neçə-neçə ailə dağılır, insanlar həyatlarından olur, həbsə düşüb, ömrünü dəmir barmaqlıqlar arasında keçirənlər də olur. Bu baxımdan demək olar ki, TV-lər kimi sosial şəbəkələr də bir bəladır ki, keçib milyardlarla insanların boğazına.

Nə qədər əcaib-qəraib, əlləm-qəlləm işlər və əməllər varsa hamısını sosial şəbəkələrdə görmək olar. Bir də görürsən, evində yemək bişirən qız tullana- tullana hərəkətlərini sosial şəbəkələrə yükləməklə, dostlarından like tələb edir. Restoranda, kafedə və ya küçədə səviyyəsizlik edib, min hoqqadan çıxanlar da utancverici əməllərini çəkib Facebbok-a, Whatcapp-a, Twittere yükləyib paylaşırlar. Sosial şəbəklər vasitəsi ilə texniki avadanlıqlarını, ev əşyalarını, hətta böyrəyini, ciyərini, eləcədə başqa-başqa şeylərini satışa çıxaranlarda olur. Olsun, özləri bilər. Məni narahat və təccübləndirən məslələrdən biri də, odur ki, sosial şəbəklərdə elə şəxslər olur ki, sadə, təmiz, vicdanlı insanların heysiyyatı ilə oynayırlar. Deyəki, sosial şəbəklər vasitəsi ilə elan verilir ki, filan idarə, müəssə, təşkilat, restoran, kafe, otel və digər yerlər işçi tələb edir. Yayılan elanda telefon nömrəsi və ünvan göstərlir. Olur ki, şirkət adı ilə çıxış edən “İşə düzəltmə” bürosunun rəhbəri iş axtarışı ilə onun qəbuluna gələndən ilk öncə 15-20 manat pul tələb edir. Biçarə iş axtaran bəlkədə, ailəsinin sonuncu maliyyə vəsaiti olan 15-20 AZN -i 550-600 AZN aylıq maaş ala biləcəyi iştəhasına görə, piyli məxluqa ödəyir. Bundan sonra işin düzəlməyəcəyi şübhəsizdir, ödədiyin pulu da geri almaq mümükünsüzdür. Bir neçə dəfə, “İşə düzəltmə” bürosuna ayaq döyəcəksən, hər dəfə də “bir qədərdə dözün, filan idarədə, müəssədə və ya kafedə iş yeri boşalır, sizi ora işə götürəcəklər” deyib, səni başlarından edəcəklər. Nəhayət get-gəldən yorulacaqsan “cəhənnəm olsunlar, o pulda haramları olsun” deyib, başqa iş yeri axtarmağa gedəcəksən.Əndirabadi məqamlardan biridə odur ki, iş elanı verən kafe, restoran, idarə və müəssə rəhbərləri əsasən xanımlar arasında seçim apararkən, onların boyununa, buxununa, yaşınına, eləcədə xarici dil bilməsinə önəm verirlər. Xanımların yaşlarıda 30-u keçməməlidir. Dövlət vəzifələrinə təyinatda, beynəlxalq miqyaslı şirkətlərdə işə düzəlmək üçün ali təhsilli oğlan və qızların xarici dil bilməsi, eləcədə kompyuterdə iş bacarmalarına önəm verilməsi başa düşüləndi.

Ancaq kafedə, restoranda qab yuyandan, təmizlik işləri aparandan, xarici şirkətlərin tikinti obyektlərində işləmək istəyən fəhlədən, fabrik və zavodlarda çalışmaq arzusunda olanlardan ən azı bir xarici dil bilməsi tələbinin qoyulması anlaşılan deyil. Ən azı ona görə ki, biz Azərbaycanda yaşayırıq və işçi ilə işə götürən arasında müqavilələr Azərbaycan qanunlarına və Azərbaycan dilində aparılmalıdr. Fəhlədən, qabyuyandan, təmizlik işi aparmaq istəyənlərdən xarici dil bilməsi tələbinin irəli sürülməsi kobud qanun pozuntusudur. Lakin görünən odur ki, bəzi vəzifə sahiblərinin və iş adamlarının öz qanunları və qaydaları var.Təbii ki, bu kimi anormal hallar uzun müddət davam edə bilməz. Özlərindən qaydalar tətbiq edib, iddialı mövqe tutanlar mütləq cəzəlanmalır. Çünki, qanunvericiliyə gözə, cəzasızlıq cinayətin törədilməsinə gətirib, çıxarır. Azərbaycan dövləti hüquqi, demokratik dövlətdir. Dövlətimizin bir Ana Yasası və bir qanunvericiliyi var, hər kəs bu qanunlara əməl etməlidir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə