7 016 terrorçu zərərsizləşdirilib

2017-ci ildə Türkiyədə 7 016 terrorçu zərərsizləşdirilib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Xəbərə görə, 2017-ci ildə zərərsizləşdirilmiş terrorçulardan 3777 nəfəri İŞİD, 3239 nəfəri isə PKK terror təşkilatının üzvü olub.

Türkiyə Silahlı Qüvvələrində FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində 9238 hərbçi ordu sıralarından xaric edilib, 5399 hərbçi həbs olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...