Rusiya prezidenti Vladimir Putin Suriyalı həmkarı Bəşər Əsədlə Soçidə görüşüb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Bəşər Əsəd Rusiyaya işgüzar səfərə gedib.

Rusiyalı lider terrorla uğurlu mübarizə apardığına görə Əsədi təbrik edib. Onun sözlərinə görə, hazırda Suriya xalqı ən çətin sınaqlardan keçir.

Suriyalı prezident bildirib ki, 2 il müddətində hərbi komandan və hökumət qüvvələrinin köməyi ilə əldə olunan uğurlar nəticəsində Ərəbistan Respublikasının bir çox sakinləri öz evlərinə qayıda bildilər. Onun sözlərinə görə, Suriya dövləti Rusiyanın köməkliyi ilə xilas oldu.

Siyasətçilər həmçinin Suriya xalqının Soçidə keçiriləcək qurultayın prinsipləri haqqında müzakirə ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə